BAKI, AzerVoice
1808 Napoleon Bonapartın komandanlığı altında fransız ordusu Madridə daxil oldu.
1869 Birinci Vatikan Şurası açıldı.
1886 ABŞ-da Samuel Qompersin sədrliyi ilə Amerika Əmək Federasiyası yaradıldı.
1936 Anastasio Somoza Nikaraqua prezidenti seçildi.
1948 Birləşmiş Millətlər Təşkilatı Cənubi Koreyanın tanınmasını təsdiqlədi.
1962 Avropa İttifaqına üzv ölkələr arasında “Qarşılıqlı Sağlamlığa Yardım Sazişi” imzalandı. Türkiyənin də iştirak etdiyi razılaşmaya əsasən, öz ölkəsində müalicəsi mümkün olmayan xəstələrin müalicəsi bu imkanlara malik olan ölkələrdə həyata keçiriləcək.
1980 Con Lennon Nyu Yorkda qaldığı otelin qarşısında güllələnərək öldürüldü.
1987 ABŞ prezidenti Ronald Reyqan və SSRİ lideri Mixail Qorbaçov orta mənzilli nüvə raketlərinin qarşılıqlı məhvi haqqında saziş imzaladılar.
1991 Boris Yeltsin, Ukrayna və Belarus respublikalarının prezidentləri Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasını elan etdilər.
1992 Türkiyə Böyük Millət Məclisi Somaliyə əsgər göndərilməsinə qərar verdi.
1994 Demokratiya Partiyasının (DEP) işi başa çatdı. Edamı tələb edilən Hatip Dicle, Orhan Doğan, Leyla Zana, Səlim Sadak, Sırrı Sakık və Mahmut Altınak ümumilikdə 89 il 6 ay həbs cəzasına məhkum edilib.
1995 Eralp Akkoyunlu 1987-ci ildə dünya səyahətini tamamladı və bunu edən 5-ci türk oldu. 6 il 7 ay davam edən bu səyahətdə Akkoyunlu 302 gün ərzində dünyanı gəzib.
2003 Ərdoğan Teziç prezident Əhməd Necdət Sezər tərəfindən YÖK-ün prezidenti təyin edildi.