Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İranın zəifləyən rolu HƏMAS-ın böhranını dərinləşdirir

    29 İyun 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsraillə son 12 günlük müharibədə İranın məğlubiyyəti, HƏMAS hərəkatının ən əhəmiyyətli xarici dəstək qapılarından birini bağlayıb. İranın hərbi təlim və silah təminatındakı rolu itdikcə, bu, HƏMAS-ın İsraillə qarşıdurmalardakı hərbi idarəetməsinə bilavasitə təsir göstərir və təşkilatın Qəzza zolağındakı nüfuzuna kölgə salır. Bu fonda İranın zəifləməsi ilə yanaşı, HƏMAS-a qarşı olan əhalinin fəallığı da artır.

    Rəsmi mövqedə HƏMAS özünü İrandan asılı olmayan və daxili gücünə arxalanan bir təşkilat kimi göstərməyə çalışsa da, bir çox siyasi və hərbi analitik bu zərbələrin onun fəaliyyətinə birbaşa təsir etdiyini düşünür. İran hazırda müharibə nəticəsində ciddi şəkildə zədələnmiş nüvə və raket proqramlarını bərpa etməyə çalışır və bu, onun regional güc kimi geri çəkilməsinə səbəb olur.

    İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
    Livanda İranla əlaqələri idarə edən əsas komandirlərdən biri – general Səid İzadinin də İsrailin hücumları zamanı öldürülməsi bu əlaqələrin tamamilə çökməsinə yol açdı. HƏMAS İzadinin ölümünü “Fələstin müqavimət hərəkatının dayaqlarından biri” kimi qiymətləndirərək rəsmi başsağlığı verdi.

    Bölgədə İranın təsiri ilə fəaliyyət göstərən digər hərbi qruplaşmalara yaxın mənbələrin bildirdiyinə görə, general İzadi HƏMAS-a pilotsuz uçuş aparatı və mürəkkəb hücum texnikalarının hazırlanmasında mühüm töhfə vermişdi.

    HƏMAS-ın rəsmi nümayəndəsi Sami Əbu Zühri İsrailin İrana yönəlik kampaniyasına cavab olaraq bildirib ki, “İran böyük və güclü dövlətdir, məğlub olmayacaq”.

    Bununla belə, HƏMAS hazırda Qəzza zolağında həm İsrailin amansız hərbi təzyiqləri, həm də ona qarşı çıxan insanların təzyiqi ilə üz-üzə qalıb. Hərəkat ciddi lider itkisi və tunel infrastrukturunun böyük hissəsini itirməklə yanaşı, İranın dəstəyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içindədir.

    HƏMAS-a yaxın üç ayrı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, təşkilat döyüşçülərinə maksimum dözümlülüklə müqavimət göstərmək əmri verilsə də, onun Qəzzaya tam nəzarəti getdikcə zəifləyir. İsrailin bəzi qəbilə birliklərinə açıq dəstək verdiyi şəraitdə bu nəzarətin saxlanması çətinləşib.

    Bu mənbələrdən biri bildirib ki, HƏMAS hazırda həm Qəzza əhalisinin humanitar böhrandan qaynaqlanan təzyiqləri, həm də beynəlxalq atəşkəs çağırışları qarşısında döyüşü dayandırmaq zərurəti ilə üz-üzədir.

    Eyni mənbə qeyd edib ki, atəşkəs yalnız əhaliyə bir qədər rahat nəfəs almaq imkanı verməyəcək, həm də HƏMAS-ın bəzi “qeyri-nəzarətli” elementlərə – o cümlədən yardımları qarət edənlərə və bəzi qəbilə üzvlərinə qarşı nəzarəti bərpa etməsinə şərait yaradacaq.

    Bununla belə, HƏMAS hələ də hücum qabiliyyətinə malikdir. Təşkilat bu həftə Cənub Qəzzada təşkil etdiyi hücumla yeddi İsrail əsgərini öldürüb. Amma Yaxın Şərqdəki üç diplomatik mənbə hesab edir ki, təşkilat mərkəzləşdirilmiş komandanlıq və idarəetməsini itirib və yalnız lokal və qəfil hücumlarla kifayətlənir. HƏMAS tarixində bu qədər ağır zərbəyə heç vaxt məruz qalmamışdı – hərbi rəhbərliyinin demək olar ki, bütün yüksək vəzifəli üzvləri öldürülüb.

    ABŞ-ın vasitəçiliyi ilə İran və İsrail arasında razılaşdırılmış atəşkəs davam edərkən, dünya diqqəti yenidən Qəzzada mümkün atəşkəs sazişinin imzalanması və girovların azad olunması imkanlarına yönəlib.

    HƏMAS-a yaxın mənbə bildirib ki, hərəkat iki aylıq müvəqqəti atəşkəsi qəbul etməyə hazırdır – əsas məqsəd artan nüfuzlu qəbilələrlə mübarizə aparmaqdır. Lakin İsrailin baş naziri Benyamin Netanyahunun müharibəni dayandırmaq üçün qoyduğu şərtlər – xüsusilə HƏMAS liderlərinin Qəzzanı tərk etməsi – təşkilat üçün tam bir məğlubiyyət mənasına gəlir və təşkilat bu şərtləri heç vaxt qəbul etməyəcək.

    Beyrutdakı Karnegi Yaxın Şərq Mərkəzinin eksperti Yezid Sayiq HƏMAS-ın əsas məqsədinin sadəcə varlığını qorumaq olduğunu düşünür. Onun sözlərinə görə, bu, təkcə hərbi baxımdan deyil, həm də siyasi olaraq təşkilat üçün həyati əhəmiyyət kəsb edir.

    “Əgər müharibə dayandırılmazsa, HƏMAS fiziki baxımdan Qəzzada məhv edilə bilər. Eyni zamanda, müharibədən sonra qurulacaq siyasi sistemdə də heç bir yer qazanmaq şansı olmayacaq”-deyə Sayiq bildirib.

    İsrailin HƏMAS-a qarşı mübarizəsində yeni bir strategiya – Qəzzada narazı kütlənin aktivləşdirilməsi də ön plana çıxır. Digər bir tərəfdən Netanyahu açıq şəkildə bəyan edib ki, İsrail bəzi qəbilə birliklərini silahlandırır, lakin onların kim olduğunu açıqlamayıb.

    Bu qəbilələr arasında ən diqqət çəkəni – Əbuşəbab qəbiləsi – Rafah bölgəsində yerləşir və hal-hazırda İsrailin nəzarətindədir. HƏMAS mənbələrinin bildirdiyinə görə, təşkilat bu qəbilənin liderlərini ya tutmaq, ya da zərərsizləşdirmək niyyətindədir. Onlar qəbiləni İsraillə əməkdaşlıqda və HƏMAS-a qarşı hücum planlarında ittiham edirlər.

    Əbuşəbab qəbiləsi Rafahın şərq hissəsinə nəzarət edir və bölgədə sərbəst hərəkət imkanı olan az sayda birliklərdəndir. Qəbilənin Facebook səhifəsində paylaşılan fotolarda onların yardım karvanlarını təşkil etdiyi görünür. Hətta bəzi məlumatlarda qəbilənin bölgədə müstəqil idarəetmə qurmaq cəhdləri olduğu bildirilir. Hərçənd qəbilə bunu inkar edir və yalnız yardım məqsədilə fəaliyyət göstərdiklərini bildirir. Onlar Rafahdan köçmüş sakinləri evlərinə qayıtmağa çağıraraq, yemək və sığınacaq təmin edəcəklərini vəd ediblər.

    #İsrail #Fələstin #HƏMAS #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #İsrail zabitləri #İsrailə qarşı boykotlar #Fələstinə dəstək yürüyüşü #fələstin bayrağı #BƏƏ və Fələstin məsələsi #Fələstinlilərin məcburi köçü #İsrailin Hizbullah ittihamları #HƏMAS və Hizbullah əlaqələri #Fələstinli məhbuslar #İsrail cinayətləri #Fələstin soyqırımı #İsrail hücumları #BMT və İsrail #Fələstin mədəniyyəti #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrailin Fələstin torpaqlarını işğalı #İranın Fələstində strateji hədəfləri #Fələstin Qızıl Aypara Cəmiyyəti #Fələstinli məhbusların azadlığı #İsrail Fələstin münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #İranın Fələstin münaqişəsində rolu #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #HƏMAS və İsrail #İsrail və HƏMAS qarşıdurması #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23
    XƏBƏR LENTİ

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.