BAKI,AzerVoice
Etibarlı və güclü bir müttəfiq olaraq bundan sonra da NATO-dakı vəzifələrimizi yerinə yetirməyə davam edəcəyik.
AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısına qatılıb.
Toplantıda NATO-nun müdafiə mövqeyi, Ukraynaya dəstək və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp, Ukraynada davamlı atəşkəsin təmin edilməsi üçün güclü iradə ortaya qoyub və bu çərçivədə sıx əlaqələr davam etdirilir"- deyə Gülər bildirib.
Gülər, NATO Müdafiə Nazirləri Toplantısında, Türkiyənin 70 ildən artıq müddət ərzində NATO taahhütlərinə bağlılığının və Avropanın kollektiv müdafiəsinə dəstəyinin önə çıxarıldığını vurğulayıb.
O, Türkiyənin NATO əməliyyatları və missiyalarına daima ilk beşdə yer verdiyini qeyd edib.
Gülər, toplantılar çərçivəsində Belçika, Latviya və Ukrayna Müdafiə Nazirləri ilə ikili, Bolqarıstan və Ruminiya Müdafiə Nazirləri ilə üçlü görüşlər keçirdiyini açıqlayıb. O, görüşlərdə həmçinin terrorizmə qarşı mübarizə və ixrac məhdudiyyətlərinin aradan qaldırılması məsələlərinə diqqət çəkdiklərini bildirib.