BAKI, AzerVoice
HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qassam briqadalarının sözcüsü Əbu Ubeydə, İsrail ordusunun Qəzzada İsrailli bir girovun həyatını təhlükəyə atdığını və əgər ölərsə, bunun məsuliyyətinin İsrail ordusunun üzərində olacağını bildirib.
AzerVoice xəbər verir ki, bu barədə o HƏMAS-ın Telegram kanalında yayımlanan açıqlamasında deyib.
Əbu Ubeydə, həmçinin, İsrail ordusunun Qəzzada saxlanılan İsrailli girov Matan Zanqaukerin saxlanıldığı yeri mühasirəyə aldığını qeyd edib.
“İsrail, bu girovu canlı olaraq xilas edə bilməyəcək” - deyə, o bildirib.
“Bir il 8 ay boyunca həyatını qoruduğumuz bu girov, xilasetmə cəhdi zamanı öldürülərsə, onun ölümündən işğalçı İsrail ordusu məsul olacaq” - deyə, o əlavə edib.