Əsas səhifə » Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib

BAKI, AzerVoice

Çanakkaledə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 130,85 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice