BAKI, AzerVoice
Ukrayna tərəfi, iyunun 2-də İstanbulda Rusiya ilə keçirilən görüşlərdə iki ölkə arasında qarşılıqlı olaraq girovlar və hərbçilərin cəsədlərinin mübadiləsini təxirə salıb.
AzerVoice xəbər verir ki, bu barədə Rusiyanın nümayəndə heyətinin rəhbəri və eyni zamanda prezidentin köməkçisi Vladimir medinski açıqlama verib.
"Ukrayna tərəfi, gözlənilmədən bir müddət üçün həm cəsədlərin qəbulunu, həm də əsirlərin mübadiləsini təxirə saldı" - deyə, açıqlamada bildirilib.
Qeyd edək ki, Rusiya, Ukraynanın hava limanlarını hədəf alan və 40-dan çox təyyarənin məhv olduğu hücuma cavab olaraq, 53 pilotsuz uçuş aparatı (PUA), dörd idarə olunan bomba və bir raketlə Ukraynanın ikinci ən böyük şəhəri Xarkovu hədəf alıb. Hücum nəticəsində 15 ev, 23 bina daxil olmaqla ən azı 43 bina zərər görüb. Rusiya, 2022-ci ildə müharibənin başladığından bəri ən böyük hücumunu həyata keçirib, üç nəfər həlak olub, 21 nəfər yaralanıb.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi, Ukraynaya məxsus 36 PUA-nın gecə saatlarında Moskva daxil olmaqla Rusiya ərazilərində hava müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Açıqlamada, bu PUA-ların əsasən Moskva, Kursk, Bryansk, Kaluqa və Smolensk bölgələrində məhv edildiyi bildirilib.
Xatırladaq ki, Ukrayna ordusu, Rusiyanın hava limanlarına dron hücum edərək, nüvə daşıya bilən 40-dan çox təyyarəni məhv etmişdi.