Əsas səhifə » İran uranı zənginləşdirə bilməz - Uitkoff

İran uranı zənginləşdirə bilməz - Uitkoff

BAKI, AzerVoice

Tehran uranı zənginləşdirə bilməz çünki bu, nüvə silahının hazırlanmasına gətirib çıxara bilər.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bildirib.

Onun sözlərinə görə, bu məsələ Vaşinqton üçün prinsipial mövqedir.

“Bizim çox aydın bir qırmızı xəttimiz var – bu, uranın zənginləşdirilməsidir. İranın uran zənginləşdirmə imkanlarının hətta 1 faizinə belə sahib olmasına icazə verə bilmərik. Hər şey bizim prinsipial mövqeyimizdən başlayır – yəni, zənginləşdirmə imkanını nəzərdə tutmayan bir sazişdən. Biz buna imkan verə bilmərik, çünki uranın zənginləşdirilməsi nüvə silahının yaradılmasına yol açır” - deyə, Uitkoff bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice