Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Vaşinqton və Tehran arasında nüvə danışıqları: "Həssas mərhələyə" giriş

    26 Aprel 2025 11:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İki ölkə arasında üçüncü danışıqlar raundu ərəfəsində, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imkanı barədə hədələyici və diplomatik ikili mesajlar göndərdi. Bunun əksinə olaraq, İranın ahıl yaşındakı ali lideri Əli Xamenei vəziyyəti "müvəqqəti" adlandıraraq "hadisələrin gedişatının dəyişə biləcəyi" barədə xəbərdarlıq etdi.

    Şənbə günü Vaşinqton və Tehran müzakirəçiləri Oman Sultanlığına yola düşərək, hər iki hökuməti təmsil edən ekspertlərin iştirakı ilə texniki danışıqlara başlayacaqlar. Lakin razılaşmanın təbiəti hələ dəqiq bilinmir və uranın zənginləşdirilməsinin azaldılması və ya nüvə proqramının tam dayandırılması məsələlərində fikir ayrılığı yarana bilər.

    ABŞ və İran arasında son məlum birbaşa danışıqlar 2015-ci ildə, sabiq Prezident Barak Obamanın dövründə, nüvə sazişinin əldə olunmasına yönələn diplomatik səylər zamanı keçirilmişdi.

    Cümə günü "Time" jurnalına verdiyi müsahibədə Tramp bildirdi: "İnanıram ki, biz İranla razılaşma əldə edəcəyik." Bu, ötən həftə baş tutan dolayı ABŞ–İran danışıqlarından sonra gələn açıqlamadır və hər iki tərəf mümkün razılaşmanın çərçivəsini müəyyən etməkdə razılaşıb. ABŞ rəsmisinin bildirdiyinə görə, danışıqlarda "çox yaxşı irəliləyiş" əldə olunub.

    Tramp, İranın ali lideri Əli Xamenei və ya Prezidenti ilə görüşməyə açıq olub-olmadığı barədə suala "əlbəttə" cavabını verib.

    İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-ı İranla müharibəyə sürükləyə biləcəyindən qorxub-qorxmadığı sualına isə Tramp "xeyr" cavabını verib.

    Xamenei: Müvəqqəti Vəziyyət

    Öz növbəsində, İranın ali lideri Əli Xamenei ABŞ ilə aparılan danışıqları "müvəqqəti vəziyyət" kimi təsvir edib. O, cümə axşamı Tehranda keçirilən matəm məclisində bildirib: "Bu vəziyyət daimi deyil, nifaqın hökmranlığı əbədi deyil, bu, ilahi planın bir hissəsi olaraq müvəqqətidir."

    Xamenei əlavə edib: "Bəzən məsuliyyətsiz sözlərimiz, əsassız etirazlarımız, səbirsizliyimiz və vəziyyəti yanlış şərh etməyimiz tarixi nəticələr doğura və hadisələrin gedişatını dəyişə bilər. Buna görə də biz son dərəcə diqqətli və ayıq olmalıyıq."

    Xamenei ilə Trampın açıqlamaları arasındakı fərqlər fonunda, mümkün razılaşmanın təbiəti hələ də qeyri-müəyyəndir. Əsas mübahisə nöqtəsi isə İranın zənginləşdirmə imkanlarının tamamilə ləğv edilməsi və ya müəyyən miqdarda aşağı zənginləşdirilmiş uranın sülh məqsədli istifadə üçün saxlanılması məsələsi ətrafında cəmlənir.

    "New York Times" qəzeti bildirib ki, Oman Sultanlığında keçiriləcək üçüncü texniki danışıqlar raundu ABŞ administrasiyasının İranla nüvə razılaşması üçün minimal tələblərini hələ müəyyən etmədiyi şəraitdə başlayacaq.

    ABŞ Dövlət katibi Marko Rubio bu həftə verdiyi müsahibədə bildirib ki: "Əgər İran mülki nüvə proqramı istəyirsə, bir çox digər ölkələrdə olduğu kimi zənginləşdirilmiş materialları idxal edə bilər."

    2015-ci il razılaşmasına əsasən, İran aşağı səviyyəli zənginləşdirilmiş uranı enerji və tibbi məqsədlər üçün istehsal edə bilirdi. Lakin Tramp 2018-ci ildə bu razılaşmadan çıxdı.

    Həssas Mərhələyə Keçid

    İran mediasının yazdığına görə, Vaşinqton və Tehran arasında danışıqlar indi "həssas mərhələyə" qədəm qoyub. İran dövlət televiziyası bildirib ki, Xarici İşlər nazirinin müavini Abbas Əraqçi cümə günü Ommana yola düşüb. Əraqçi bildirib ki, ABŞ-la qeyri-birbaşa nüvə danışıqlarında irəliləyiş əldə olunması ABŞ-ın xoş niyyət və ciddiyyət nümayiş etdirməsindən asılıdır.

    Əraqçi çərşənbə günü bəyan etmişdi ki, danışıqlar doğru istiqamətdə irəliləyir, lakin yekun nəticə barədə fikir bildirmək hələ tezdir.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai bildirib ki, Əraqçi cümə axşamı axşam Ommana diplomatik və texniki ekspertlərdən ibarət nümayəndə heyətinə başçılıq edərək qeyri-birbaşa danışıqlar aparmaq üçün yola düşüb.

    Beqai əlavə edib ki, hər iki tərəf texniki və ekspert səviyyəsində birgə görüş keçirilməsi barədə razılığa gəlib. O, ABŞ tərəfindən xoş niyyət və reallığa əsaslanan yanaşmanın vacibliyini vurğulayıb.

    Bu gün Ommanda ABŞ və İran hökumət nümayəndələrinin iştirakı ilə texniki detalları əhatə edən danışıqlar başlayacaq. "Təsnim" agentliyinin xəbərinə görə, İran nümayəndə heyətinə Siyasi məsələlər üzrə xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi və Hüquqi və Beynəlxalq işlər üzrə müavin Kazım Qəribabadi rəhbərlik edəcək.

    #Əli Xamenei #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İranın nüvə danışıqları #ABŞ və İran arasında hərbi gərginlik #İranın nüvə silahlanma ehtimalı #İran və ABŞ arasında gərginlik #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Ayətullah Xameneinin regional siyasəti #Ali Xamenei 2025 #İranın nüvə proqramı 2025 #Donald Trump və Ali Xamenei #Ayətullah Xamenei #Xalid bin Salman Xameneiyə məktub təqdim etdi #Ayətullah Xamenei ilə Səudiyyə rəsmilərinin görüşü #Ayətullah Xamenei ilə Xalid bin Salman nə müzakirə etdi? #İran və ABŞ arasında dolayısı danışıqlar #Maskat görüşü 2025 #Tramp Xamenei görüşü #ABŞ və İran liderləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    Tehran, Vaşinqtonun nüvə silahı sınaqlarını bərpa etməsini “geriyə dönüş və məsuliyyətsiz addım” adlandırdı

    31 Oktyabr 2025 11:34

    İran Omanla əlaqələri genişləndirməyə hazırdır

    27 Oktyabr 2025 17:02

    Vaşinqton “təkəbbürlü siyasətindən” əl çəkmədikcə danışıqlar olmayacaq- İran

    22 Oktyabr 2025 17:08

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58

    İran iki seçim qarşısında: danışıqlara qayıtmaq, yoxsa Trampın müddətinin bitməsini gözləmək?

    11 Oktyabr 2025 10:00

    Netanyahu iddia edir ki, İranın raketləri Vaşinqtonu vura bilər

    8 Oktyabr 2025 22:00

    İran ABŞ-la danışıqlara başlamağı planlaşdırmır - Bəqai

    6 Oktyabr 2025 12:06
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün -11 Noyabr

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.