Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Vaşinqton “təkəbbürlü siyasətindən” əl çəkmədikcə danışıqlar olmayacaq- İran

    22 Oktyabr 2025 17:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Vaşinqton öz “tamahkar və təkəbbürlü siyasətindən” imtina etmədikcə Tehran ABŞ-la danışıqlara qayıtmayacaq.

    AzerVoice xəbər verir ki, rəsmi İSNA agentliyinin xəbərinə görə, Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, “ABŞ-lı tərəflə əvvəlki dövrlərdə aparılan danışıqlar, o cümlədən Nyu-Yorkda baş tutan görüşlər, Vaşinqtonun həddindən artıq tələbləri və qeyri-real iddiaları səbəbindən dayandırılıb”.

    Nazir Məşhəd şəhərində keçirilən İkinci Regional Diplomatiya Konfransının kənarında çıxış edib.

    “ABŞ öz ifrat siyasətindən və İrana qarşı qeyri-məntiqli tələblərindən əl çəkmədiyi müddətcə biz danışıqlar masasına qayıtmayacağıq.”-deyə nazir bildirib.

    Əraqçi həmçinin qeyd edib ki, ABŞ-ın Yaxın Şərq üzrə elçisi Stiv Vitkof hazırda vasitəçilər vasitəsilə Tehranla əlaqə saxlayır.

    “İranın mövqeyi aydındır.İslam Respublikası sülhə və diplomatiyaya inanır. Biz daim diplomatik yanaşmanı dəstəkləmişik, lakin bu, xalqımızın haqlarından imtina etmək demək deyil.” - deyə Əraqçi bildirib.

    Nazir əlavə edib ki, Tehran ölkə maraqlarını diplomatik yollarla qorumaq üçün bütün səyləri göstərəcək, lakin qarşı tərəf dəfələrlə diplomatiyaya sadiq olmadığını sübut edib.

    “Bu il də beş raund danışıqlardan sonra ABŞ, İsrailin İrana qarşı hərbi hücumuna qoşularaq diplomatik öhdəliklərini pozdu,” – deyə Əraqçi vurğulayıb.

    Əraqçinin bu bəyanatı, İranın ali lideri Ayətullah Əli Xameneyinin iki gün öncə ABŞ Prezidenti Donald Trampın danışıqlar təklifini rədd etməsindən sonra səslənib.

    #İran #Əli Xamenei #Vaşinqton #İran XİN #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #İran və ABŞ arasında dolayısı danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.