Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    18 Oktyabr 2025 20:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.

    Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb.

    Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.

    Misirin diplomatik vasitəçiliyi beynəlxalq miqyasda etimad qazanıb - xüsusilə də ölkənin Trampın “Qəzza sülh planı” çərçivəsində atəşkəsin əldə edilməsində oynadığı roldan sonra.

    Xatırladaq ki, sentyabrın 9-da Qahirə, İranla BAEA arasında 2025-ci ilin iyununda dayandırılmış əməkdaşlığın bərpası barədə razılığa gəlindiyini elan etmişdi. Bu razılaşma Misirin vasitəçiliyi ilə əldə olunmuşdu.

    Telefon danışıqlarında tərəflər gərginliyin azaldılması, qarşılıqlı etimadın bərpası və İranla ABŞ arasında danışıqlar prosesinin yenidən başlaması üçün uyğun şəraitin yaradılması məsələlərini müzakirə ediblər. Məqsəd, bütün tərəflərin maraqlarını nəzərə alan və regional təhlükəsizliyə töhfə verəcək hərtərəfli razılaşmaya nail olmaqdır.

    Tərəflər “mövcud ideyaların öyrənilməsi və diplomatik səylərin davam etdirilməsi yolu ilə yaxın perspektivdə irəliləyiş əldə etmək” barədə razılığa gəliblər.

    Bu diplomatik təmaslar, İran Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamadan sonra baş tutub. Qurum bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci il 18 oktyabr tarixli 2231 saylı qətnaməsinin müddəti başa çatıb və İran artıq BMT-nin nüvə proqramı ilə bağlı məhdudiyyətlərinə əməl etmək öhdəliyindən azaddır.

    Qətnamə 10 il qüvvədə olub və İranla “altılıq” ölkələri (ABŞ, Çin, Rusiya, Fransa, Almaniya və Böyük Britaniya) arasında imzalanmış 2015-ci il nüvə sazişini təsdiqləmişdi. Bu sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq müqabilində ona qarşı tətbiq edilmiş ağır iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu.

    Lakin avqustun 28-də Fransa, Böyük Britaniya və Almaniya “Snapback” mexanizmini aktivləşdirərək, 2015-ci il nüvə razılaşmasında nəzərdə tutulan sanksiyaları bərpa etdiklərini açıqlamışdılar. Qərb ölkələri İranı öhdəliklərini pozmaqda ittiham etmişdi. ABŞ isə bu razılaşmadan birtərəfli qaydada çıxmışdı.

    İsrail, ABŞ və bir sıra Avropa ölkələri Tehranın nüvə silahı istehsal etməyə çalışdığını iddia edir, lakin İran öz proqramının sırf sülh məqsədli - yəni elektrik enerjisiistehsalı üçün nəzərdə tutulduğunu bildirir.

    Tehranın və İsrailin 12 gün davam edən hərbi qarşıdurması zamanı İranın bir neçə nüvə obyektinə İsrail və ABŞ tərəfindən hava zərbələri endirilib.

    İran Atom Enerjisi Təşkilatının rəhbəri həmin hücumlardan sonra, iyun ayında açıqlama verərək bildirib ki, İran nüvə proqramını davam etdirəcək və zədələnmiş obyektlərin bərpası üçün bütün tədbirləri görüb. O, “istehsal və xidmət prosesinin dayanmasının qarşısını almağın əsas hədəf olduğunu” vurğulayıb.

    Rəsmi Tehran əlavə edib ki, Moskva ilə sülh məqsədli nüvə stansiyalarının inşası üzrə yeni sazişlər imzalanıb.

    #İsrail #İran #ABŞ #Moskva #Misir #Sergey Lavrov #Tehran #Qahirə #Vaşinqton #BMT Təhlükəsizlik Şurası #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #Abbas Əraqçi #Rafael Qrossi #Trampın Qəzza planı #Yaxın Şərqdə geosiyasi vəziyyət #İranın nüvə proqramı #Stiv Uitkoff #İran Xarici İşlər Nazirliyi #12 günlük müharibə #Snapback (sanksiyaların bərpası mexanizmi) #BMT-nin nüvə proqramı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44
    XƏBƏR LENTİ

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

    Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

    Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.