Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran ABŞ-la danışıqlara başlamağı planlaşdırmır - Bəqai

    6 Oktyabr 2025 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Avropa ölkələrinin nüvə məsələsindəki “məsuliyyətsiz və qeyri-konstruktiv” mövqeyi danışıqların istiqamətini dəyişib və Tehran hazırkı mərhələdə ABŞ-la danışıqlar aparmağı planlaşdırmır.

    AzerVoice xəbər verir ki, Bəqai həftəlik mətbuat konfransında Böyük Britaniya, Fransa və Almaniyadan ibarət Avropa üçlüyünü (E3) nüvə razılaşması (JCPOA) ilə bağlı məsuliyyətsiz davranışda ittiham edib.

    Onun sözlərinə görə, Avropa ölkələri JCPOA-nın mübahisələrin həlli mexanizmini ABŞ-ın tələblərini BMT Təhlükəsizlik Şurasına daşımaq üçün sui-istifadə ediblər.

    “Onların irəli sürdüyü ilkin şərtlər əsassız və qeyri-real idi. Bu, Avropanın danışıqlardakı tərəfdaşlıq rolunu tamamilə zədələdi” – deyə Bəqai vurğulayıb.

    İran rəsmisi qeyd edib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə təhlükəsizlik təminatları çərçivəsində konstruktiv əməkdaşlıq aparıb və bu, agentliyin razılığı ilə nəticələnib.

    Lakin Avropa üçlüyü əvvəlcə bu çərçivəni dəstəkləsə də, sonradan siyasi təzyiqlərin təsiri ilə dəstəyini geri çəkib.

    Bəqai vurğulayıb ki, bu addım ABŞ-ın təlimatlarına kor-koranə tabe olma və “öz maraqlarını ikinci plana keçirmə” göstəricisidir.

    İran XİN sözçüsü bəyan edib ki, İran ABŞ-la birbaşa danışıqlara girməyi planlaşdırmır.

    “Hazırda diplomatiya prosesi davam edir, lakin Tehran yalnız milli maraqlar və prioritetlər əsasında qərar qəbul edəcək”- deyə o bildirib.

    #İran #ABŞ #Tehran #MAQATE #Vaşinqton #İran XİN #BMT Təhlükəsizlik Şurası #Nüvə razılaşması #İranın nüvə proqramı #İsmayıl Bəqai #BMT Təhlükəsizlik Şurası və İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    7 Dekabr 2025 20:02

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    7 Dekabr 2025 12:00

    Avropa öz gücünü doğru qiymətləndirmir - Kaya Kallas

    6 Dekabr 2025 16:55

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

    6 Dekabr 2025 15:47

    İran quraqlığa dəniz suyu ilə həll yolu axtarır

    6 Dekabr 2025 15:43

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Bombalanmış Çernobıl sığınacağı radiasiyanı saxlaya bilmir – MAQATE

    6 Dekabr 2025 12:30

    Əgər Avropa böyük olmaq istəyirsə, özünü müdafiə edə bilməlidir - Meloni

    6 Dekabr 2025 09:57

    ABŞ Livana 90,5 milyon dollarlıq hərbi texnika satışını təsdiqləyib

    6 Dekabr 2025 09:25

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    ABŞ Kanadaya 2,68 milyard dollar dəyərində hava hücumu silahlarının satışını təsdiqləyib

    5 Dekabr 2025 11:12
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.