Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İran ABŞ-lə nüvə danışıqları aparmayacaq.

    AzerVoice xəbər verir ki, bu sözləri İran Xarici İşlər Naziri Abbas Əraqçi İranın nüvə proqramına dair verdiyi açıqlamada bildirib.

    Əraqçi deyib ki, İran nüvə fəaliyyətlərindən vaz keçməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq.

    “Heç bir ağıllı insan silahsızlanmanı qəbul etməz. Uranı zənginləşdirməyi dayandırmaq mümkün deyil. Müharibə ilə əldə edilməyən şey siyasətlə verilməz. Tehran nüvə fəaliyyətlərinin dinc xarakterli olduğundan əmindir və narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır. Lakin birbaşa görüş niyyətində deyilik. Ədalətli razılaşmağa gəlmək mümkündür, lakin Vaşinqton qəbulolunmaz şərtlər irəli sürüb. ABŞ öz tələb və şərtlərini yerinə yetirməyimiz üçün təkid etməsə, dolayı görüşlər vasitəsilə ədalətli razılığa gələ bilərik”-deyə nazir bildirib.

    Əraqçi ötən aylarda İsrail ilə yaşanan 12 günlük münaqişəyə də toxunaraq hər bir situasiyaya hazır olduqlarını bildirib. Nazir vurğulayıb ki, İran yüksək hazırlıq vəziyyətindədir və yeni bir hərbi toqquşma halında İsrail ağır zərbələr alacaq.

    “Sionist rejimdən hər cür düşməncə hərəkət gözləyirik. Bütün səviyyələrdə ən yüksək hazırlıqdayıq və gələcəkdə hər hansı bir müharibədə İsrail bir daha məğlub olacaq. Bu döyüşdə əhəmiyyətli təcrübələr qazandıq və raketlərimizi real şəraitdə sınadıq. Əgər sionist rejim yenidən hücuma keçsə, nəticələri onlar üçün ağır olacaq.”- deyə nazir əlavə edib.

    Əraqçi həmçinin bəyan edib ki, İsrail ABŞ-nin yaşıl işığı olmadan İranı hədəfə ala bilməz. Nazir həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu savaş cinayəti törətməkdə ittiham edib.

    Nazir ABŞ və İsrailin zərbə endirdiyi bəzi nüvə obyektlərindəki vəziyyətə də toxunub.

    “Nüvə materialları hələ vurulan obyektlərin dağıntıları altındadır. Binalar və bəzi avadanlıqlar zərər görüb, lakin nüvə texnologiyası möhkəm qalıb.”- deyə o, bildirib.

    #Benyamin Netanyahu #İran XİN #nüvə proqramı #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İranın nüvə proqramı #İran nüvə razılaşmasının gələcəyi #Nüvə Siyasəti Şurası (CPN) #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran–ABŞ danışıqları #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İsrail İran hücumu #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #ABŞ-ın İranda nüvə obyektlərinə zərbələri və regiondakı eskalasiya #nüvə sazişindən sonrakı İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51
    XƏBƏR LENTİ

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

    Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

    Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

    Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var

    Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

    Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edir

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.