Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “İranın nüvə obyektlərinin bombalanaraq məhv edildiyi” iddiasını “xülya” adlandırıb və Vaşinqtonun yeni danışıqlar təklifini qəti şəkildə rədd etdiyini bildirib.

    AzerVoice xəbər verir ki, bu haqda Xamenei 43 günlük fasilədən sonra ilk ictimai çıxışında deyib.

    “ABŞ prezidenti lovğalanaraq deyir ki, biz İranın nüvə sənayesini bombaladıq və məhv etdik. Yaxşı, qoy o, bu xəyalla yaşasın!”-deyə o bildirib.

    Tramp ötən həftə İsrail Knessetində çıxışı zamanı İranın əsas nüvə obyektlərinə 14 bomba atıldığını və bu obyektlərin “tamamilə məhv edildiyini” bildirmiş, Tehrana “yeni razılaşma” imzalamağı təklif etmişdi.

    Xamenei bu bəyanata cavab olaraq deyib ki, “ABŞ prezidenti özünü ‘müqavilə adamı’ adlandırır. Amma əgər bir müqavilə güc tətbiqi və diktə ilə müşayiət olunursa, bu, müqavilə deyil, məcburiyyətdir.”

    İran lideri, həmçinin İsrailə qarşı cavab zərbələrini xatırladaraq, ölkəsinin hərbi gücünün qorunduğunu vurğulayıb.

    “Bizim raketlərimiz hələ də yerindədir. Lazım gələrsə, onları bir daha istifadə edəcəyik.”-deyə Xamenei əlavə edib.

    Xamenei ABŞ-ın “İrana təzyiq siyasətinin” nəticəsiz qalacağını bildirib və Vaşinqtonun yeni danışıqlar çağırışlarını “boş və riyakarlıq dolu” adlandırıb.

    #nüvə enerjisi #Əli Xamenei #nüvə silahı #nüvə proqramı #İsrail və İran gərginliyi #Xameneinin varisi #Nüvə tərksilahı #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İran nüvə proqramı #İranın nüvə danışıqları #İranın nüvə silahlanma ehtimalı #Ayətullah Xameneinin regional siyasəti #Ayətullah Xamenei #Xamenei və iqtisadi qurumlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    5 Fevral 2026 10:16

    Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi

    5 Fevral 2026 09:22

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    ABŞ-nin İrana mümkün hücumu fonunda İsrail ordusu hazırlıq vəziyyətini gücləndirib - İsrailli general

    26 Yanvar 2026 09:18

    İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi

    23 Yanvar 2026 14:28

    SEPAH-dan ABŞ-a sərt xəbərdarlıq: “Barmağımız tətikdədir”

    23 Yanvar 2026 10:34

    Dünyanın ən böyük atom elektrik stansiyası fəaliyyətə başladıqdan bir gün sonra qəza səbəbindən dayanıb

    22 Yanvar 2026 13:24
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.