Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    HƏMAS-la əlaqələr, ittihamlar və etirazlar: İordaniyada İxvanın rəsmi gələcəyi necə olacaq

    23 Aprel 2025 18:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İordaniyada Müstəqil Seçki Komissiyası çərşənbə axşamı İslami Əmək Cəbhəsi Partiyasının (İxvanın siyasi qolu) ittiham siyahısında adı keçən 3 üzvünün partiya üzvlüyünün dondurulduğunu açıqladı. Bu şəxslər Dövlət Təhlükəsizlik Məhkəməsində ictimai asayişi pozmaqla bağlı ittiham olunurlar. Ekspertlərə görə bu addım, İordaniya hakimiyyətinin mümkün reaksiyasını yumşaltmağa yönəlib.

    Bu qərar – Seçki Komissiyasına çərşənbə axşamı bildirilmiş – milli təhlükəsizliyi təhdid edən, yerli silah istehsalı və döyüş vasitələrinin idxalı ilə bağlı planların üzə çıxmasından sonra verilib. Bu da rəsmi dairələrdə partiya üzvlərinin bəzi fəaliyyətlərinə dair narahatlığı artırıb.

    Ekspertlərin fikrincə İxvanın bu addımı, – təşkilati daxili tədbir olsa da – siyasi təmizə çıxma deyil, daha çox hakimiyyətin mümkün reaksiyasını əvvəlcədən önləməyə yönəlmiş taktikadır.

    Rəsmi dairələrdə İxvanın daxili siyasi ritorikası ilə bölgədəki (xüsusilə də HƏMAS-la) əlaqələri arasında sərhəd çəkə bilmədiyinə dair inam getdikcə güclənir. HƏMAS, İordaniya tərəfindən 1999-cu ildə ölkədən qovulduğundan bəri birbaşa təhlükə kimi qəbul edilir.

    İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir

    İordaniyada Qəzzaya dəstək məqsədilə İxvanul-Müslimin (Müsəlman Qardaşları) tərəfindən təşkil edilən xalq aksiyalarında iştirak edənlərin səsləndirdiyi şüarlar, ordunun nüfuzuna toxunduğu və əvvəllər rast gəlinməyən cəsarət sərgilədiyi üçün, krallığın rəsmi və siyasi dairələrində şok effekti yaratdı.

    Bu dairələr baş verənləri dövlətin suveren institutlarına və orduya qarşı ciddi bir təxribat kimi qiymətləndirir və bunun təsadüfi olmadığını, arxasında daha öncə İordaniya Kralı II Abdullahın xəbərdarlıq etdiyi "fitnəkar" qüvvələrin dayandığını düşünürlər.

    Keçən həftə paytaxt Əmmanın mərkəzində keçirilən genişmiqyaslı yürüş zamanı nümayişçilər ordunun İsrailə qarşı müharibəyə qoşulmasını və Qəzzada baş verənləri sadəcə izləməklə kifayətlənməməsini tələb etdilər. Bəziləri isə "Bir, iki… ərəb ordusu haradadır… yatır" kimi i şüarlar səsləndirdi.

    Qəzza müharibəsi zamanı İxvanın HƏMAS-a açıq dəstəyi, bu təşkilatın etiraz aksiyalarının təçkil etməso, HƏMAS bayraqlarının qaldırılması və bəzi aksiyalarda HƏMAS liderlərinin videobağlantı ilə çıxış etməsinə icazə verilməsi rəsmi narahatlığı daha da artırıb.

    Təşkilat sonradan bəzi təşkilati pozuntulardan uzaqlaşmağa çalışsa da verdiyi siyasi siqnallar qeyri-müəyyən qalır və siyasi ritorikanı aşan fəaliyyətlərlə bağlı şübhələri qidalandırır

    Bu təəssüratı daha da gücləndirən amil, ötən ilin iyununda paytaxt Əmmanda aşkar edilmiş partlayıcı anbarlarıdır. Onlar xarici mənşəli sayılır və bəzi şübhəlilərin İxvanla zəif də olsa əlaqəsi olub. Bu hallar fərdi kimi qiymətləndirilsə də, təkrarlanması İslami Əmək Cəbhəsini daimi müdafiə mövqeyinə salır və onun öz kadrlarına nəzarət qabiliyyəti ilə bağlı əsaslı suallar doğurur.

    Müşahidəçilərə görə bu qərar yalnız intizam tədbiri deyil, həm də İxvanın siyasi və təhlükəsizlik baxımından kritik bir məqamda hakimiyyətə xoş niyyət siqnalı göndərmək cəhdidir. Ancaq bu, təşkilatın nə ritorikasında, nə də regional əlaqələrində struktur dəyişiklik etdiyini göstərmir.

    Bu addım eyni zamanda, partiyanın hüquqi təzyiqlərdən qorunması məqsədinə də xidmət edir. Çünki bəzi çevrələrdə partiyanın tamamilə qadağan olunması tələbləri artır. Ancaq bu çağırışlar hələlik İordaniya hakimiyyətinin gərginlikləri tam qarşıdurmaya çevirməmə siyasətinə uyğun gəlmir.

    Bununla belə, hökumətin səbr limiti sonsuz deyil. Əgər İxvan yasaqlanmış bölgələrdə etirazları davam etdirərsə və təxribatçı ritorikanı gücləndirərsə, daha sərt tədbirlərin görülməsi gündəmə gələ bilər. Hazırkı şəraitdə hökumət həm daxili ictimai narazılıq, həm də getdikcə daha gərginləşən regional balanslar səbəbilə ikili təzyiqlə qarşı-qarşıyadır. Belə bir durumda, İxvanın həm sistem içində qalmağa çalışan, həm də kütləni cəlb etmək üçün ritorikasını sərtləşdirən davranışı dövlətin bu təşkilatla bağlı mövqeyini yenidən nəzərdən keçirməsini sürətləndirə bilər.

    Durumu daha da həssas edən amil, dövlətin hazırda siyasi modernləşmə planı həyata keçirməsidir. Bu plan, partiyalı parlament və daha sabit siyasi mühit tələb edir. Belə bir kontekstdə İxvan kimi böyük bir təşkilatın xaricdə qalması bu baxışla ziddiyyət təşkil etsə də, əgər dövlət onların siyasi oyunun qaydalarına riayət etmədiyini düşünərsə, bu, real bir seçimə çevrilə bilər.

    Hazırda İordaniya hakimiyyəti qarşısında iki yol var: ya təşkilatı ciddi siyasi və təhlükəsizlik çərçivəsində saxlamağa çalışacaq, ya da daha qəti addımlar atacaq – və bu addımlar artıq ertələnə bilməz.

    İxvanın son bəyanatları HƏMAS-ın mövqelərinə bənzəyirdi və onların təşkil etdiyi etirazlarda HƏMAS bayraqları və şüarları üstünlük təşkil edirdi.
    Bəzi tədbirlər hökumətin etiraz qadağalarına qarşı çıxaraq, İsrail sərhədi yaxınlığında və ya xarici səfirliklərin, xüsusilə də İsrail və ABŞ səfirliklərinin qarşısında keçirilib. Bu hadisələr 11 aprel də daxil olmaqla təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara səbəb olub.

    #HƏMAS #İordaniya #İordaniya Kralı II Abdullah #İordaniya və HƏMAS münasibətləri #İordaniya İxvanı 2025 #İslami Əmək Cəbhəsi partiyası #İordaniya HƏMAS əlaqələri #Dövlət Təhlükəsizlik Məhkəməsi İordaniya #İxvan üzvlüyün dondurulması #İordaniyada İxvan böhranı #Amman HƏMAS dəstəyi #İordaniya hökuməti və İxvan münasibətləri #İordaniyada siyasi partiyaların fəaliyyəti #İordaniya daxili təhlükəsizlik #İxvan HƏMAS əlaqəsi #İordaniyada etirazlar və İxvan #HƏMAS-a dəstək verən partiyalar #İordaniyada islamçı partiyalar #İxvan siyasi ritorikası #İxvan partiyası və təhlükəsizlik məsələləri #İordaniya kral ailəsi və İxvan #İordaniya siyasi islahat planı #HƏMAS və İordaniya münasibətləri #İordaniyada partlayıcı anbarlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    İsrail atəşkəsi pozmağa və yerindən edilmiş insanları hədəf almağa davam edir - HƏMAS

    3 Dekabr 2025 17:11

    Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsi 24 faiz artıb - Sahil Babayev

    27 Noyabr 2025 13:55

    Azərbaycan–İordaniya sənədləri imzalanıb

    27 Noyabr 2025 13:00

    Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

    27 Noyabr 2025 12:49

    İsrailin Qəzza zolağına hücumlarında son 24 saatda 10 nəfər həlak olub

    26 Noyabr 2025 15:49

    İsrail ordusu 7 oktyabr hücumuna görə bir neçə generalı vəzifədən uzaqlaşdırıb

    24 Noyabr 2025 19:26

    ABŞ Qəzzada HƏMAS-ın olmadığı yaşıl zona yaradacaq

    22 Noyabr 2025 20:31

    İsrail atəşkəsi sistematik şəkildə pozur, vasitəçilər və ABŞ dərhal müdaxilə etməlidir - HƏMAS

    22 Noyabr 2025 16:50

    Atəşkəsdən sonra da Qəzzada yüzlərlə fələstinli öldürülüb

    22 Noyabr 2025 11:18

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.