Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusu 7 oktyabr hücumuna görə bir neçə generalı vəzifədən uzaqlaşdırıb

    24 Noyabr 2025 19:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    İsrail ordusu 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən həyata keçirilən, ölkə tarixinin ən ağır hücumu sayılan basqının qarşısının alınmamasına görə bir neçə yüksək rütbəli zabiti cəzalandırıb.

    AzerVoice xəbər verir ki, ordunun bazar günü yaydığı açıqlamaya əsasən, üç general vəzifədən azad edilib, bir neçəsi isə intizam məsuliyyətinə cəlb olunub. Vəzifədən azad edilənlər arasında həmin dövrdə hərbi kəşfiyyatın rəhbəri olan diviziya komandiri də var.

    Ordunun məlumatında bildirilir ki, hər üç general HƏMAS-ın Qəzza zolağından başladığı hücumun vaxtında qarşısının alınmamasına görə şəxsi məsuliyyət daşıyır. Qeyd olunur ki, onların hamısı artıq daha əvvəl istefa vermişdi.

    Bundan əlavə, dəniz qüvvələrinin və hava qüvvələrinin komandanlarına qarşı intizam tədbirləri görülüb. Daha dörd general və bir neçə yüksək rütbəli zabit barəsində də araşdırma başlanılıb.

    Bu qərar, Baş qərargah rəisi Eyal Zamirin iki həftə əvvəl “sistemli araşdırma” çağırışından sonra verilib. İctimai təzyiqə baxmayaraq, hökumətin dövlət komissiyasının yaradılmasını gecikdirməsi tənqidlərə səbəb olub.

    Ayın əvvəlində Zamirin yaratdığı ekspert komissiyasının hesabatı açıqlanmışdı. Hesabat orduda “uzunmüddətli sistem və təşkilati çatışmazlıqların” mövcud olduğunu, həmçinin “xəbərdarlıq siqnalının qaldırılmasına imkan verməyən kəşfiyyat uğursuzluğunu” üzə çıxarmışdı. Komissiya bildirib ki, ordu hücumdan əvvəl “yüksək dəqiqlikli və əhatəli kəşfiyyat məlumatlarına” malik olsa da, qərarvermə və qüvvələrin yerləşdirilməsi proseslərində ciddi çatışmazlıqlara yol verib.

    Hesabat ordunun komanda zəncirində geniş miqyaslı idarəçilik problemlərinin olduğunu da təsdiqləyib.

    #İsrail #HƏMAS #İsrail ordusu #Qəzza münaqişəsi #İsrail və HƏMAS müharibəsi #HƏMAS girovları #Eyal Zamir #HƏMAS-ın 7 oktyabr hücumu #İsrail ordusu daxili araşdırma #7 oktyabr hücumu nəticələri #HƏMAS hücumu araşdırması #Eyal Zamirin hesabatı #İsrail hərbi rəhbərliyi islahatlar #İsrail kəşfiyyatının səhvləri #Qəzza sərhədində təhlükəsizlik boşluqları #İsrail Hərbi qərarvermə prosesində çatışmazlıqlar #Oktyabr hadisələrinə dair hesabat #İsrail dəniz və hava qüvvələri komandanlığı #İsrail hərbi status-komissiyası #HƏMAS hücumunun təhlükəsizlik nəticələri #İsrail ordusunun struktur islahatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

    11 Yanvar 2026 12:45

    Suriya ilə imzalanacaq təhlükəsizlik sazişi türk, rus birliklərin Suriyanın cənubuna keçməsinin qarşısını almalıdır - ABŞ-ın İsraildəki səfiri

    10 Yanvar 2026 18:20

    İsrailin Qəzzaya hücumları nəticəsində iki fələstinli həlak olub

    10 Yanvar 2026 18:01

    Səudiyyə Ərəbistan Qəzzaya yeni humanitar yardım göndərib

    10 Yanvar 2026 14:50

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    9 Yanvar 2026 16:12

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    Biz Qəzzanın bölünməsini qəbul etmirik, İsrailin Qəzzada heç bir legitimliyi yoxdur - Mahmud Abbas

    9 Yanvar 2026 09:26

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

    8 Yanvar 2026 17:47

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    İsrail ordusunun atəşi nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub

    8 Yanvar 2026 12:29

    Türkiyə Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazırlaşır - Yaşar Gülər

    8 Yanvar 2026 10:11

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.