Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İordaniyada orduya qarşı şüarlar rəsmi və siyasi dairələri narahat edir

    8 Aprel 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İordaniyada Qəzzaya dəstək məqsədilə İxvanul-Müslimin (Müsəlman Qardaşları) tərəfindən təşkil edilən xalq aksiyalarında iştirak edənlərin səsləndirdiyi şüarlar, ordunun nüfuzuna toxunduğu və əvvəllər rast gəlinməyən cəsarət sərgilədiyi üçün, krallığın rəsmi və siyasi dairələrində şok effekti yaratdı.

    Bu dairələr baş verənləri dövlətin suveren institutlarına və orduya qarşı ciddi bir təxribat kimi qiymətləndirir və bunun təsadüfi olmadığını, arxasında daha öncə İordaniya Kralı II Abdullahın xəbərdarlıq etdiyi “fitnəkar” qüvvələrin dayandığını düşünürlər.

    Keçən həftə paytaxt Əmmanın mərkəzində keçirilən genişmiqyaslı yürüş zamanı nümayişçilər ordunun İsrailə qarşı müharibəyə qoşulmasını və Qəzzada baş verənləri sadəcə izləməklə kifayətlənməməsini tələb etdilər. Bəziləri isə “Bir, iki… ərəb ordusu haradadır… yatır” kimi i şüarlar səsləndirdi.

    2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri İxvan hərəkatı Fələstin sektoruna və HƏMAS hərəkatına dəstək məqsədilə nümayişlərə rəhbərlik edir. Həmin nümayişlərdə bəzi hallarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar yaşansa da, ümumilikdə etirazlar dinc keçmiş və iştirakçılar dövlət və onun rəmzlərini təhqir edən şüarlardan çəkinmişdilər.

    Lakin son dövrlərdə İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarını yenidən gücləndirməsi ilə, nümayişçilərin ritorikası və mövqelərində dəyişiklik müşahidə olunur. Artıq onlar qəzəblərini təkcə İsrailə və onun müttəfiqi olan ABŞ-a yox, həm də rəsmi İordaniya hakimiyyətinə yönəltməyə başlayıblar. Bu isə ordunun və təhlükəsizlik orqanlarının legitimliyini şübhə altına almaq səviyyəsinə qədər gəlib çıxıb.

    Rəsmi dairələrdə ciddi narahatlıq doğuran bu cür davranışlar, bəzi müşahidəçilər tərəfindən təhlükəli bir sürüşmə kimi qiymətləndirilir. Bu, dövlətin və onun suveren institutlarının nüfuzunu zəiflədə, xalqla dövlət arasında inamsızlıq yarada və nəticədə, 2011-ci ildəki kimi, Fələstinlə həmrəylik aksiyalarının siyasi etirazlara çevrilməsi ilə nəticələnə bilər. Bu isə mövcud siyasi hakimiyyətlə hesablaşmaq istəyən fürsətçilərin işinə yaraya bilər.

    Gələn məlumatlara görə, İordaniya hakimiyyəti nümayişçilərdən ikisini saxlayıb və yaxın günlərdə başqa fəalların da həbs olunacağı istisna edilmir.

    Bu arada, İordaniya ordusuna qarşı səsləndirilən təhqiramiz ifadələrə qarşı ölkənin müxtəlif bölgələrində geniş şəkildə reaksiyalar verilib. Xalq arasında geniş narazılıq və qəzəb hissi müşahidə olunub. Yürüşlərdə səsləndirilən bu şüarların qətiyyətlə pislənildiyi və rədd edildiyi bildirilib. İnsanlar qeyd ediblər ki, bu cür milli institutlar ölkənin sabitliyi və təhlükəsizliyinin əsas dayaqlarıdır.

    Bəyanatlarda vurğulanıb ki, ordu və təhlükəsizlik qüvvələrinin əməkdaşları vətənin qalxanı və sipəridir. Onların fədakarlığı və səyləri sayəsində iordaniyalılar regiondakı gərgin mühitdə təhlükəsiz və sabit bir həyat sürə bilirlər. Bu institutlara qarşı edilən istənilən təhqir və hücum, əslində bütün iordaniyalıların şərəf və ləyaqətinə yönəlmiş hücumdur.

    Açıq şəkildə qeyd edilib ki, bu köklü və qədim milli quruma qarşı səsləndirilən təhqiramiz ifadələr yalnız daxildə və xaricdəki düşmənlərin maraqlarına xidmət edir. Orduya qarşı yönəlmiş bu cür hücumlar təkcə bir quruma qarşı edilən hücum deyil, eyni zamanda vətənin öz bədəninə saplanan bir xəncər və onun daxildən sarsıdılması cəhdidir.

    Çoxsaylı İordaniya partiyaları və parlament fraksiyaları da bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək, səsləndirilən qeyri-məsuliyyətli ifadələri kəskin şəkildə pisləyiblər və silahlı qüvvələrə və təhlükəsizlik orqanlarına dəstəklərini ifadə ediblər.

    “İradə və İslam Milli Cəbhəsi” fraksiyasının rəhbəri, millət vəkili Xəmis Atiyyə, İordaniya ordusu və təhlükəsizlik orqanlarının fəaliyyətini gözdən salmaq və onların rolunu şübhə altına almaq cəhdlərini pisləyib. O, ölkə daxilindəki gərginliyin artırılmasına yönəlmiş bu cəhdlərin arxasında İordaniyaya düşmən münasibət bəsləyən xarici qüvvələrin dayandığını bildirib. “Bu qüvvələr ölkəni xaos və boşluğa sürükləməyə çalışır”-deyə, o bildirib.

    Dövlətin İxvan hərəkatı ilə münasibətləri yenidən nəzərdən keçirmək üçün əlinin güclü olduğu vurğulanıb. Bu gücün əsas elementlərindən biri də İxvanın ölkədəki hüquqi mövcudluğudur. Qeyd olunub ki, İordaniyada İxvanın fəaliyyətini qanunsuz elan edən məhkəmə qərarı mövcuddur, lakin bu qərar hələ ki, siyasi iradə ilə icraya yönləndirilməyib.

    Əmək Partiyası da yayımladığı bəyanatda ordunu təhqir edən bəzi şüar və ifadələrin qəti şəkildə rədd olunduğunu və bu ifadələrin İordaniya Silahlı Qüvvələrinin – Ərəb Ordusunun dərin milli simvolizminə qarşı bir hücum olduğunu vurğulayıb. Partiya bu davranışların milli prinsiplərdən təhlükəli şəkildə yayınma olduğunu bildirib.

    Əmək Partiyası bəyan edib ki, vətənin təhlükəsizliyini və onun institutlarının, xüsusilə də ordu və təhlükəsizlik orqanlarının qorunmasını təmin etmək ümummilli bir məsuliyyətdir. Bu qurumların siyasi məqsədlərə xidmət edən, zərərli və məqsədyönlü gündəmlərin tərkibinə daxil edilməsi qəbuledilməzdir.

    İordaniya Həmkarlar İttifaqları Konfederasiyası da bu hadisəyə reaksiya verərək, baş verənləri dövlətin dəyərlərinə qarşı bir çıxış və vətəndaşlar arasında fitnə toxumu səpmək cəhdi kimi qiymətləndirib. Onlar həmçinin İordaniyanın Fələstin məsələsinə və Qəzzadakı qardaşlarına yönəlik sabit mövqeyini şübhə altına almağa cəhd edən bu çağırışları təhlükəli saydıqlarını qeyd ediblər.

    Bütün bu geniş reaksiya fonunda, İxvan hərəkatı və onun siyasi qanadı sayılan İslam Cəbhəsi Partiyası baş verənlərlə bağlı heç bir rəsmi açıqlama verməyib və sükutunu qoruyub.

    Müşahidəçilərin fikrincə, İxvan, xalqın rəğbətini qazanmaq məqsədilə, siyasi hakimiyyətlə bütün körpüləri yandırmaq bahasına olsa belə, münaqişəni öz xeyrinə istifadə etmək riskini gözə alır. Qəzza müharibəsini öz maraqları üçün istifadə etməsi isə rəsmi dairələrdə ciddi narahatlıq yaradıb.

    İxvan ilə dövlət arasındakı münasibətlər, xüsusilə də “Ərəb baharı” zamanı gərginləşmişdi. Həmin dövrdə İxvan hərəkatı ölkədə dəyişiklik tələb edən nümayişlərə rəhbərlik etmişdi.

    Müşahidəçilər qeyd edirlər ki, dövlət bu günə qədər İxvanla münasibətlərdə milli birliyi qorumaq məqsədilə çox təmkinli davranıb. Lakin İxvan bunu zəiflik kimi qiymətləndirir ki, bu da ciddi bir yanlış hesabdır və onun ağır bədəlini ödəyə bilər.

    Həmin müşahidəçilər vurğulayırlar ki, dövlətin İxvanla hesablaşmaq üçün əlində kifayət qədər güclü vasitələr var. Bunlardan biri də təşkilatın ölkədəki hüquqi mövcudluğunun sual altına alınmasıdır.

    #Qəzza #Qəzza zolağı #İordaniya #İxvan-i Müslimin #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #İordaniya Kralı II Abdullah #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzada müharibədən sonrakı vəziyyət #Misir və İordaniyanın Qəzzə mövqeyi #Qəzza böhranı və Qərbin mövqeyi #İxvanın beynəlxalq şəbəkəsi #İordaniyada orduya qarşı şüarlar #İxvan nümayişləri İordaniya #İordaniya ordusu və təhlükəsizlik qüvvələri #İordaniya siyasi etirazlar 2024 #Müsəlman Qardaşları İordaniya #Əbdullah II və dövlət təhlükəsizliyi #İordaniyada xalq etirazları #İordaniya və HƏMAS münasibətləri #İordaniyada daxili sabitliyə təhdid #Əmman nümayişləri və orduya hücum #İordaniyada nümayişçilərin həbsi #İordaniya partiyalarının orduya dəstəyi #İordaniyada İxvan nümayişlərində orduya qarşı təhqiramiz şüarlar #İordaniya kralı II Əbdullahın İxvana qarşı xəbərdarlığı #İordaniyada rəsmi dairələrin İxvan nümayişlərinə reaksiyası #İordaniyada Qəzza ilə həmrəylik nümayişlərinin siyasi nəticələri #İordaniya parlamentinin orduya dəstək bəyanatları #İordaniyada nümayişçilərin təhlükəsizlik qüvvələrini təhqir etməsi #Müsəlman Qardaşları və İordaniya hakimiyyəti arasında böhran #İxvan nümayişləri İordaniyada necə qarşılanır? #İordaniya kralı orduya qarşı şüarlara necə reaksiya verib? #Qəzza müharibəsi İordaniyada daxili siyasətə necə təsir göstərir? #İordaniya nümayişlərində niyə gərginlik yaşanır? #İordaniya rəsmiləri İxvan hərəkatına qarşı hansı addımları atır? #İordaniyada İxvanın hüquqi statusu nədir? #İordaniya parlamenti orduya qarşı şüarlara nə deyib?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    Antonio Quterreş İraqa səfər edib

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.