BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Muş şəhərində yerləşən Muş şəhər stadionunda iki min nəfərlik polad konstruksiyalı tribunanın tikintisi ilə bağlı tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən sonra 210 gün təşkil edir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 4 noyabr 2025-ci il tarixinə qədər "Zafer Mah. İstasyon Cad. Muş Gençlik ve Spor İl Müdürlüğü 1/A Muş Merkez/Muş" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir