BAKI,AzerVoice, Fərid Mikayılov
İraq–Türkiyə Xam Neft Boru Kəmərindən neft axını bu gün səhər saatlarından etibarən yenidən başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında paylaşım edib.
Bayraktar, kəmərin fəaliyyətə başlaması ilə bağlı məlumat verib.
Nazir bildirib ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlər səbəbindən müvəqqəti olaraq dayandırılan kəmər 4 oktyabr 2023-cü ildə BOTAŞ tərəfindən hazır vəziyyətə gətirilib.
“İraq–Türkiyə Xam Neft Boru Kəmərindən bu gün səhər saat 07:07-dən etibarən neft axını rəsmi olaraq bərpa olunub,” – deyə Bayraktar vurğulayıb.