Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Tehran Trampın "maksimum təzyiqinə" tab gətirəcəkdmi?

    12 Fevral 2025 02:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    ABŞ prezidenti Donald Tramp İranla onun nüvə proqramını dayandırmaq üçün razılaşma əldə etməyi gözlədiyini bildirib. O, Tehranın “qorxu hissi” yaşadığını və müdafiəsinin “dağılmaqda olduğunu” qeyd edib. Bununla yanaşı, İran prezidenti Məsud Pezeşkian Tehrana qarşı “maksimum təzyiqin” yenidən tətbiqini tənqid etməyə davam edib, İran parlamenti isə “Vaşinqtonla danışıqların qadağan olunmadığını, lakin zərərli olduğunu” bəyan edib.

    Tramp İranın hərbi gücünün azalmasının onu zəif müdafiə mövqeyinə saldığını düşünür və bu vəziyyətin İrana hərbi eskalasiyadan daha çox danışıqlar masasına oturma ehtimalını artırdığını qeyd edib. O, “Fox News”a verdiyi müsahibədə bildirib: “Hərbi qarşıdurmadansa diplomatik həlləri üstün tuturam. Vaşinqton və Tehran arasında razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək”

    Tramp oktyabrın 26-da İsrailin İrana qarşı həyata keçirdiyi hücuma da toxunub. Həmin hücum, ayın əvvəlində İranın İsrail torpaqlarını hədəf alan birbaşa raket zərbələrinə cavab olaraq həyata keçirilmişdi.

    İsrail və İran arasında İranın hava müdafiə sistemlərinə dəyən zərər barədə ziddiyyətli məlumatlar verilib. İsrail və Qərb mənbələri, Rusiya istehsalı olan “S-300” sistemi də daxil olmaqla, İranın hava müdafiə sistemləri və radarlarının sıradan çıxarıldığını iddia ediblər.

    Buna cavab olaraq, İran son iki ay ərzində ölkənin mərkəzində yerləşən həssas nüvə obyektlərinin yaxınlığında düşmən hədəflərinə qarşı hücumları simulyasiya edən hava təlimlərini əhatə edən hərbi manevrlər keçirib. Bu addım, İranın təhdidlərə qarşı hazırlığını və müdafiə qabiliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Dövlət televiziyası ötən həftə bildirib ki, ən son təlimlərə “S-300” sistemi də daxil edilib.

    Lakin Tramp bildirib ki, “İran çox narahatdır. Onlar həqiqətən qorxurlar, çünki müdafiə sistemləri böyük ölçüdə çökmüş vəziyyətdədir.Hər kəs düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla müdaxilə edib onları güclü şəkildə bombalayacaq. Mən bunun baş verməsini istəmirəm.Düşünürəm ki, biz İranla razılaşma əldə edəcəyik. Onların qorxduğunu düşünürəm və İranın bir razılaşma bağlamaq istədiyinə inanıram. Mən də bunu, onları bombalamağa ehtiyac olmadan, etmək istəyirəm.İranla elə bir razılaşmanı görmək mənim üçün daha yaxşı olar ki, bu razılaşma çərçivəsində danışıqlar aparaq, nəzarət edək və yoxlayaq, sonra isə ya ləğv edib-etməmək qərarını verək, ya da nüvə proqramlarının olmadığından əmin olaq.”

    Tehranda, İran prezidenti ABŞ-a qarşı sərt tənqidlərini davam etdirib və Trampın təzyiqlərinə qarşı çıxıb.

    Pezeşkian dolayısıyla Trampın ötən həftə imzaladığı memoranduma da toxunub. O bildirib ki, : “Kütləvi qırğın silahları hazırlayan və müharibələrə səbəb olanlar zorakılığı və qan tökülməsini qidalandıranlardır, biz yox.Biz müharibə istəmirik, qonşularımızla sülh və birgəyaşayışa inanırıq"

    Pezeşkian dünya güclərinin insan hüquqları məsələlərinə yanaşmasında gördüyü ikiüzlülüyü sərt tənqid edib və həmin ölkələrin iddiaları ilə əməlləri arasında “açıq-aşkar ziddiyyəti” qeyd edib.

    "Onlar necə iddia edə bilərlər ki, insan hüquqlarını müdafiə edirlər, halbuki on minlərlə, hətta yüz minlərlə günahsız insanı bombalayırlar? Qəzzada silahsız mülki vətəndaşları – qadınları, uşaqları, yaşlıları, hətta məktəb və universitetləri hədəf alanlar insan hüquqlarını müdafiə etdiklərini necə deyə bilərlər? Eyni zamanda terrorizmlə mübarizə apardıqlarını iddia edirlər. Bu, insan hüquqlarının prinsipləri ilə nə dərəcədə uyğun gəlir?"-deyə İran prezidenti bildirib.

    Bazar ertəsi, 1979 İnqilabının ildönümündə etdiyi çıxışında Pezeşkian Trampın "maksimum təzyiq" strategiyasına qayıtmasını tənqid edərək onu “İranı diz çökdürməyə” çalışmaqda ittiham edib.
    "Əgər ABŞ danışıqlarda səmimidirsə, niyə sanksiyalar tətbiq edir?" -deyib və əlavə edib ki, : "Onların İranı vurmaq arzuları puç olacaq... Onlar ictimai rəyə İranın zəif olduğu fikrini yeritmək və bunun ən yaxşı vaxt olduğunu göstərmək istəyirlər... Amma bu arzuları özləri ilə birlikdə qəbirə aparacaqlar."

    İran prezidenti bölgədə və dünyada "sülhün və dinc birgəyaşayışın gücləndirilməsinin vacibliyini" vurğulayıb və bildirib: "Biz müharibə istəmirik."

    İranın Ali dini lider Əli Xamenei isə cümə günü verdiyi açıqlamada ABŞ ilə aparılan danışıqların "nə ağıllı, nə müdrik, nə də şərəfli" olduğunu bildirib. İran siyasi səhnəsində bu bəyanatlar Tramp administrasiyası ilə birbaşa danışıqlara qadağa qoyulması üçün göstəriş kimi şərh olunub.

    Xameneinin çıxışına dəstək olaraq, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi bazar ertəsi açıqlama verərək ABŞ ilə danışıqların "qadağan olunmadığını, lakin zərərli olduğunu" bildirib. Komitə bəyan edib ki, Vaşinqton "əvvəlki razılaşmalarda öhdəliklərini yerinə yetirməyib, əksinə, İrana qarşı sanksiyaları artırıb."

    "İran nüvə sazişinin bütün maddələrinə tam əməl etməsinə baxmayaraq, ABŞ sanksiyaları ləğv etmədi, əksinə onların sayını 600-dən minlərlə artırdı və nəhayət, razılaşmadan tamamilə geri çəkildi." - bəyanatda deyilir. Komitənin açıqlamasında bu sual da yer alır : "Vədini pozan və son anlarda belə yeni sanksiyalar tətbiq edən bir ölkəyə etibar etmək olarmı? Onlarla aparılan danışıqlar yalnız İranın maraqlarına daha çox zərər vuracaq."

    Komitə əlavə edib ki, iqtisadi problemlərin həlli "xain düşmənə" üz tutmaqla deyil, yerli istehsalın artırılması, milli potensiala güvənmək və xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrinin qurulması ilə mümkün olacaq. Bəyanat belə yekunlaşıb: "Amerika ilə danışıqlar qadağan deyil, amma zərərlidir."

    Trampın memorandumu İranın silah səviyyəsinə yaxın nüvə proqramı, terrorizmi dəstəkləməsi və insan hüquqlarının pozulması səbəbilə "maksimum təzyiqlərin" tətbiq edilməsini nəzərdə tutlur.


    Memorandumda İran “Hizbullah” və “Husilər” kimi “terror qruplarını dəstəkləməkdə”, həmçinin ABŞ maraqlarını kiber hücumlar, qaçırma və qətllərlə təhdid etməkdə ittiham olunur.

    Trampın sənədi İranın “nüvə silahı” və ya “ballistik raketlər” əldə etməsinin qarşısını almaq, regional nüfuzunu məhdudlaşdırmaq, “İnqilab Keşikçiləri” və onların “terrorçu vasitəçilərinin” fəaliyyətlərini pozmaq məqsədini güdür. Tətbiq ediləcək tədbirlər arasında “sərt iqtisadi sanksiyalar”, “beynəlxalq təcrid”, “neft ixracatının qarşısının alınması” və İran tərəfindən dəstəklənən qrupların liderlərinə qarşı “məhkəmə təqibləri” yer alır.

    Tramp bildirib ki, bu tədbirlər “ABŞ və onun bölgədəki müttəfiqlərinin maraqlarını qorumaq” və “İranın nüvə şantajı siyasətini bitirmək” məqsədi daşıyır.

    Memorandumu imzaladıqdan bir gün sonra, Tramp: “Mən istəyirəm ki, İran böyük və uğurlu bir dövlət olsun, lakin eyni zamanda onun nüvə silahına sahib ola bilməyəcək bir dövlət olmasını istəyirəm.İranla sülhçıl nüvə sazişi bağlamağı üstün tuturam, bu saziş yoxlanıla biləcək və İrana dinc şəkildə böyümək və inkişaf etmək imkanı verəcək.”- deyib.

    Tehran, regional nüfuzunun azalması və iqtisadi vəziyyətə görə artan daxili narazılıq fonunda Tramp ilə danışıqlar aparmaq seçimi ilə üz-üzədir. Analitiklər qeyd edirlər ki, “müqavimət oxunun” zəifləməsi, müttəfiqlərinin dağılması, Əsəd rejiminin çöküşü və Livan “Hizbullah”ına qarşı hücumlar nəticəsində Tehran Tramp ilə danışıqlara məcbur qalır.

    “Hem-Mihran” qəzeti bazar günü Pezeşkianın çıxışını “Tramp məsələsində Ali Liderin mövqeyinə dəstək” kimi xarakterizə edib. Qəzet Trampın “maksimum təzyiqlər” memorandumunu imzalaması ilə eyni vaxtda, onun danışıqlara həqiqətən hazır olub-olmamasına dair Pezeşkianın şübhələrini vurğulayıb.

    “Arman Emruz” qəzeti Trampı “dəli xəyalpərəst” adlandırıb.


    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00

    Trampın Ərdoğana Bəy Tərifi

    9 Aprel 2025 11:45

    İsrailin Türkiyə qorxusu... VARMI?

    3 Aprel 2025 12:57

    Elmilik və Ümmətin Dirilişi

    25 Mart 2025 15:11

    İsrailin İraqa Hücumu Gözlənilir? Sədr Silahlı Dəstələrə Yeni Təlimatlar Verdi

    19 Mart 2025 18:00

    "Hurras əd-Din" təşkilatı... başlanğıcdan sona qədər

    27 Fevral 2025 23:00

    İordaniya Kralı II Abdullahın Vaşinqton səfəri və xalqın dəstəyi

    14 Fevral 2025 11:54

    Putin Əsədi dar ağacındna necə xilas edib?

    14 Fevral 2025 09:00

    BƏƏ–dən Sisiyə gecikən, yoxsa zamanında verilən dəstək

    13 Fevral 2025 22:00
    Demo
    XƏBƏR LENTİ

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

    Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

    Fənərbaxça–Ştuttqart qarşılaşmasının hakimi bəlli olub

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    Prezident İlham Əliyev: Аzərbaycan və Qazaxıstan enerji sektorunun inkişafında böyük potensiala malikdir

    Türkiyədən Özbəkistana xalça ixracı 4 milyon dolları keçib(ÖZƏL)

    DQİDK Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.