Əsas səhifə » Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib

BAKI, AzerVoice

Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə Azərbaycanı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

AzerVoice xəbər verir ki, bu barədə Nikol Paşinyan "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.

"Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram", - deyə baş nazir yazıb.

Digər Kateqoriyalar

2025 © Azervoice