BAKI, AzerVoice
İsrail ordusunun İordan çayının Qərb sahilində yerləşən Tulkərim qaçqın düşərgəsində binaları dağıdıb.
AzerVoice xəbər verir ki, bu barədə WAFA informasiya agentliyi məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu zirehli buldozerlərdən istifadə edərək, düşərgə ərazisində onlarla yaşayış binası və mülki infrastruktur obyektini dağıdıb. Ordunun bu düşərgədə həyata keçirdiyi əməliyyatlar 130 gündən çox davam edir.
Bundan əlavə, agentliyin verdiyi məlumata görə, Qərb sahilində Nuru-Şəms qaçqın düşərgəsinin mühasirəsi də davam edir.
Məlumatda, həmçinin, qeyd olunub ki, İsrail əsgərləri və hərbi texnika hər iki qaçqın düşərgəsinin küçələrini nəzarət altına alır, yoxlama məntəqələri qurur, keçənləri yoxlayır və sorğu-sual edirlər. İl ərzində qaçqın düşərgələrindən 5 minə yaxın fələstinli ailə daimi yaşayış yerlərindən qovulub. Bundan əlavə, təxminən 400 ev dağıdılıb, 2 min 700-ə yaxın bina isə qismən zədələnib.