BAKI, AzerVoice
Bağdad İraq Kürd Regional Rəhbərliyi ilə ABŞ şirkətləri arasında imzalanmış enerji müqavilələrini etibarsız sayır.
AzerVoice xəbər verir ki, İraqın Neft Nazirliyi İKBY ilə iki ABŞ şirkəti arasında bağlanmış 110 milyard dollarlıq enerji müqaviləsinin təsdiqlənmədiyini açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda, Süleymaniyyə vilayətində yerləşən Miran və Tophane-Kürdəmir yataqlarına dair investisiya razılaşmalarının rədd edildiyi vurğulanıb. Bildirilib ki, bu müqavilələr İraq Federal Ali Məhkəməsinin əvvəlki qərarlarına ziddir və neft-təbii sərvətlərin yalnız mərkəzi hökumət tərəfindən idarə olunmalı olduğu qeyd edilib.
Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Məsrur Bərzaninin Vaşinqtonda keçirdiyi görüşlər çərçivəsində iki ABŞ şirkəti ilə ümumi dəyəri 110 milyard dollar olan enerji razılaşmaları imzalanmışdı.