Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Dünya su dövründə böhran - daşqınlar və quraqlıqlar tarazlığı pozur

    27 Sentyabr 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Dünya Meteorologiya Təşkilatı (WMO) yeni hesabatında qlobal su dövrünün sürətlə qeyri-sabitləşdiyini açıqlayıb. Qurum, iqlim dəyişikliyi səbəbilə buzlaqların əriməsi, uzunmüddətli quraqlıqlar və dağıdıcı daşqınların artmasının planetin ən həyati sistemini “nəzarətdən çıxardığını” vurğulayıb.

    Hesabata əsasən, 2024-cü ildə buzlaq bölgələri ardıcıl üçüncü dəfə kütlə itkisi yaşayıb. Yalnız bir ildə 450 giqaton buzun əriməsi, dəniz səviyyəsinin 1,2 millimetr yüksəlməsinə səbəb olub. Bu proses sahilyanı bölgələrdə yaşayan yüz milyonlarla insan üçün daşqın riskini artırır.

    Dünya çay hövzələrinin üçdə ikisi normadan kənar vəziyyətlə üzləşib.

    Amazon və Afrikanın bəzi bölgələrində quraqlıq hökm sürərkən, Asiya və Avropada həddindən artıq yağıntılar qeydə alınıb.

    Çayların təxminən 60 faizi ya həddindən artıq, ya da kifayət qədər az su daşıyıb.

    Afrikada baş verən daşqınlar 2 min 500 insanın ölümünə, 4 milyon nəfərin isə məcburi köçkün olmasına gətirib çıxarıb.

    Braziliyada daşqınlar 183 nəfərin həyatına son qoyub, Amazon hövzəsindəki quraqlıq isə ölkənin 59 faizinə təsir edib.

    WMO Baş katibi Celeste Saulo su ehtiyatlarının izlənməsinin və elmi əsaslı məlumatların paylaşılmasının həyati əhəmiyyət daşıdığını bildirib.

    #Bunu bilirsinizmi? #Buzlaqların əriməsi #Dünya Meteorologiya Təşkilatı #WMO hesabatı 2024 #su dövrü böhranı #iqlim dəyişikliyi və su #qlobal istiləşmə nəticələri #quraqlıq və daşqınlar #çay hövzələrinin qeyri-sabitliyi #Afrikada daşqın fəlakəti #Braziliya daşqınları və quraqlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoruna məktub ünvanlayıb

    Hüquq Bələdçisi - Mediasiyanın prinsipləri

    Möminin ictimai vəzifələri

    Venesuela Vaşinqtonun əmrlərindən bezib - Delsi Rodriges

    İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

    Keçən il Türkiyədən Qırğızıstana polad ixracı 7 milyon dolları keçib (ÖZƏL)

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    Son bir ildə Nazirliyin fəaliyyət sahələri üzrə 711 min e-arayış verilib

    Səudiyyə Ərəbistanının XİN rəhbəri Polşaya rəsmi səfər edib

    Milli Məclisin sədri Bəhreyn Kralı ilə görüşdü

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.