BAKI, AzerVoice
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 711 min elektron arayış verilib.
AzerVoice xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Nazirlik tərəfindən son illər xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində bir çox e-arayış xidmətləri də yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan verir.