BAKI, AzerVoice
İngiltərədə aparılan yeni bir tədqiqatda, xüsusi təlim keçmiş itlərin Parkinson xəstəliyini qoxu vasitəsilə 98 faizə qədər dəqiqliklə ayırd edə bildiyi ortaya çıxıb. Üstəlik, bu diaqnoz xəstəliyin simptomları ortaya çıxmadan illər əvvəl də qoyula bilir.
Bristol və Manchester universitetləri ilə Medical Detection Dogs fondunun birgə apardığı işdə, Parkinson xəstələrindən götürülmüş dəri nümunələri (sebum) sağlam şəxslərin nümunələri ilə müqayisə edilib. Araşdırma, Journal of Parkinson’s Disease jurnalında nəşr olunub.
Araşdırmada təlim keçmiş iki it, dəri nümunələrini qoxulayaraq Parkinson xəstəsi olanları sağlamlardan və digər xəstəlikləri olanlardan uğurla ayırd edib.
Tamamilə neytral şərtlərdə aparılan cüt kor (double-blind) təcrübələrdə, itlər nümunələri hazırlayanlar və təlimçilər nümunələrin kimə aid olduğunu bilmirdi.
Buna baxmayaraq, itlər:
-
80 faiz həssaslıq (sensitivity)
-
98 faiz spesifiklik (specificity) ilə Parkinson xəstəliyini müəyyən edib.
Yəni, pozitiv nümunələri ayırd etmə nisbəti 80%-ə, yanlış pozitiv aşkarlamama nisbəti isə 98%-ə çatıb.
Tədqiqata qatılan itlərdən biri Golden Retriever “Bumper”, digəri isə Qara Labrador “Peanut” idi.
Hər ikisi Parkinson xəstələrinin dəri yağ nümunələrini qoxulayaraq təlim alıb. Hər düzgün tapıntı üçün mükafatlandırılan itlər qısa müddətdə yüksək dəqiqlik səviyyəsinə çatıb.
Medical Detection Dogs-un baş icraçı direktoru Claire Guest bildirib: “Hal-hazırda Parkinson xəstəliyini erkən diaqnostika edə biləcək test yoxdur. Halbuki simptomlar diaqnoz qoyulmadan 20 il əvvəl başlayır.” O əlavə edib ki, itlər diaqnostika prosesinə əhəmiyyətli töhfə verə bilər.
Erkən diaqnoz Parkinsonun irəliləməsini ləngitmək və simptomları yüngülləşdirmək baxımından çox vacibdir.
Bristol Universitetindən Nicola Rooney bildirib: “Bu işdə əldə olunan yüksək dəqiqlik, Parkinsonun özünəməxsus koku profilinin olduğunu göstərir. Bu sayədə gələcəkdə sürətli, invaziv olmayan və ucuz diaqnostika metodu yaradıla bilər.”
Manchester Universitetindən professor Perdita Barran isə deyib: “Dəri səthindən götürülən sadə nümunələrin xəstəliyin diaqnostikasında istifadə oluna biləcəyini bir daha göstərdik. Bu erkən diaqnoz baxımından inqilabi ola bilər.”
İlham mənbəyi: Joy Milne
Araşdırma, həyat yoldaşı Parkinson xəstəsi olan və kokusunun dəyişdiyini görən Joy Milne-nin müşahidələri əsasında Nose2Diagnose proqramı çərçivəsində aparılıb. Milne-nin fərqindəliyi, bu gün Parkinsonun koku vasitəsilə diaqnostikasına yol açıb.