Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Süni intellektlə işləyən qələm Parkinson xəstəliyini müəyyən edə bilir

    7 İyun 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Parkinson xəstəliyinin ilkin əlamətlərini yüksək dəqiqliklə aşkar edə bilən süni intellekt dəstəklı xüsusi qələm hazırlanıb.

    AzerVoice xəbər verir ki, Kaliforniya Universitetinin (UCLA) alimləri tərəfindən istehsal edilən bu qələm, əl yazısını analiz edərək Parkinson xəstəliyinin ilkin izlərini müəyyən edə bilir. Maqnit mürəkkəb və xüsusi ucla təchiz olunan cihaz insanın yazı zamanı etdiyi motor hərəkətlərini elektrik siqnallarına çevirərək süni intellekt vasitəsilə təhlil edir.

    Tədqiqatın nəticələrinə əsasən, yeni texnologiya Parkinson xəstəliyindən əziyyət çəkən şəxslərlə sağlam insanların yazı nümunələrini 95 faizdən çox dəqiqliklə ayırd edə bilib. Bu da qələmin ucuz, portativ və geniş yayılmış diaqnostika vasitəsi kimi istifadəsini mümkün edir.

    Qeyd edək ki, Parkinson titrəmə, əzələ sərtliyi və hərəkətlərin yavaşıması kimi simptomlarla müşayiət olunan və dünyada 10 milyondan çox insana təsir edən ikinci ən çox yayılmış neyrodegenerativ xəstəlikdir. Xəstəliyin erkən mərhələdə aşkarlanması isə müalicənin effektliyini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər hesab edirlər ki, bu qələm resurs məhdudiyyətli bölgələrdə əlçatan və effektiv diaqnostika vasitəsi kimi geniş istifadə oluna bilər.

    #Bunu bilirsinizmi? #Parkinson xəstəliyi #Parkinson xəstəliyinin erkən diaqnozu #süni intellekt dəstəklı qələm #əl yazısı və diaqnostika #sağlamlıq problemləri #xəstəliklərin erkən aşkarlanması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyada 4,4 milyarddan çox insan şəhər sahələrində yaşayır

    30 Dekabr 2025 18:47

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Trampın ikinci prezidentliyi ABŞ Ədliyyə Nazirliyində hansı dəyişikliklərə yol açıb?

    Təyyarə qəzasında ölən liderlər -SİYAHI

    Bu gün Yeltsinin istefasından sonra Putin Rusiyanın müvəqqəti prezidenti oldu

    Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur

    Bu gün Panama kanalı Panamaya təhvil verildi

    Tarixdə bu gün – 31 Dekabr

    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

    ABŞ İran–Venesuela pilotsuz uçuş aparatları əməkdaşlığına görə yeni sanksiyalar tətbiq edib

    Al Baraka Azerbaijan 2025-ci ildə 16 ölkədə 420 xeyriyyə layihəsi icra edib

    Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə paylaşım edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.