Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

    19 Yanvar 2026 11:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    AzerVoice xəbər verir ki, açılışda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Samir Rzayev, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan Evlərinin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib.

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.

    Bildirilib ki, Azərbaycan Evləri, həftəsonu məktəbləri, o cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü, dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.

    Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub.

    Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar və bir sıra nüfuzlu icma üzvləri çıxış edərək Azərbaycan Evinin açılışını soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.

    Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə tamaşa ediblər.

    Açılış mərasimi bədii hissə ilə davam edib.

    Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Bu məktəblərin Azərbaycan Evlərində, digərləri isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir. Əlavə edək ki, dövlət başçısının tövsiyəsi əsasında xaricdəki həftəsonu Azərbaycan məktəblərinin sayı artırılır və əhatə dairəsi genişləndirilir.

    Ştutqart Azərbaycan Evi açılışı. Almaniyada Azərbaycan diasporu üçün mədəniyyət mərkəzi. Həftəsonu Azərbaycan məktəbi, ana dilinin öyrədilməsi, üçüncü və dördüncü nəsil diaspor. Diasporla İş üzrə Dövlət Komitəsi, Fuad Muradov çıxışı, diaspor siyasətinin şaxələndirilməsi. Azərbaycan-Alman mədəni əlaqələri, Almaniya Azərbaycanlıları Alyansı, icma birliyi. Dövlət Himni, şəhidlərin xatirəsi, videoçarx nümayişi, bədii hissə, sərgi “Nar”. Dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi. Dərs kitabları və tədris vəsaitləri ilə təminat, xidmətlərdən təmənnasız istifadə.

    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb
    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb
    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb
    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb
    #Diasporla İş üzrə Dövlət Komitəsi #Fuad Muradov #Azərbaycan Evi #Ştutqart Azərbaycan Evi #Almaniyada Azərbaycan diasporu #Azərbaycan diaspor siyasəti #Azərbaycan-Alman mədəni əlaqələri #diaspor təşkilatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Macarıstanın Azərbaycandakı səfiri Diaspor Komitəsində olub

    29 Noyabr 2025 11:17

    ABŞ-nin Perdyu Universitetində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd edilib

    14 Noyabr 2025 20:04

    İstanbulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

    14 Noyabr 2025 18:52

    Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub

    4 Noyabr 2025 19:42

    Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri ilə davam edib

    3 Noyabr 2025 22:24

    Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib

    30 İyul 2025 12:53

    Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında yayılan yazıyla bağlı açıqlama yayıb

    29 İyun 2025 22:20

    Belçika azərbaycanlıları ilə görüş keçirilib

    1 İyun 2025 13:14

    Londonda Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində çıxış ediblər

    12 Fevral 2025 16:36

    Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib

    25 Dekabr 2024 18:45

    Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

    7 Dekabr 2024 14:13

    Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib

    29 Noyabr 2024 11:27
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanın turizm imkanları Avstriyada təbliğ olunub

    Qazaxıstan Prezidenti Trampın Sülh Şurasına qoşulur

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    Eşq

    Bakı metropoliteni yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)

    Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu məktəbi açılıb

    Kəlbəcərin ucqar dağ kəndlərinə izolyasiyalı hava xətləri çəkilir - "Azərişıq"

    Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.