Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Dizlərinizdən gələn səslər nədən xəbər verir?

    30 İyun 2025 08:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hər ayağa qalxanda dizlərinizdən şaqqıltı səsləri eşidirsinizsə, narahat olmayın – bu, çox insanda rast gəlinən haldır. Ortoped cərrah, osteopatik həkim və “M Bone and Joint” təşkilatının rəhbəri Mitchell McDowell bildirir ki, bu səslər “krepitus” adlanır və adətən oynaqların normal hərəkəti ilə əlaqəlidir. Səbəb ya oynaq mayesindəki kiçik qaz qabarcıqlarının partlaması, ya da bağ vətərlərinin yüngül şəkildə yerindən tərpənməsi ola bilər.

    Lakin bu səslərlə yanaşı ağrı və sərtlik müşahidə olunursa, bu, ciddi problemin əlaməti ola bilər.

    Oynaq sərtliyi qocalma əlamətidir?

    Bioinqeniriya üzrə mütəxəssis, Kardiff Metropolitan Universitetinin dosenti Berri L. Bentli qeyd edir ki, oynaqlardakı köhnəlmə (qocalma) 40–50 yaşdan sonra daha çox hiss olunur. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına əsasən, 45–64 yaş arası insanların təxminən 30 faizi, 65 yaşdan yuxarı insanların isə 50 faizdən çoxu artritdən əziyyət çəkir.

    Ancaq bu, sadəcə yaşla bağlı deyil. Genetik amillər, keçmişdə alınmış zədələr və həyat tərzi də ciddi rol oynayır. McDowell qeyd edir ki, “Əgər oynaq sərtliyi yalnız səhərlər və ya uzun müddət oturduqdan sonra yaranır və hərəkət etdikcə keçirsə, bu, adətən normal sayılır. Amma sərtlik uzun müddət davam edirsə və hərəkətlə daha da güclənirsə, bu, artritin ilkin əlaməti ola bilər”.

    Rheumatology jurnalında 2021-ci ildə dərc olunmuş bir araşdırmaya görə, səhərlər bir saatdan artıq davam edən sərtlik artritin əsas xəbərdarlıq əlamətlərindən biridir. Bu sərtliyə eyni zamanda ağrı, şişkinlik və ya daimi narahatlıq hissi də əlavə olunursa, vaxtında həkimə müraciət etmək tövsiyə olunur. McDowell vurğulayır ki, artriti ilkin mərhələdə müalicə etmək daha asandır.

    Oynaqlar niyə köhnəlir?

    Bentli bildirir ki, osteoartrit kimi ciddi oynaq problemlərinin yalnız yarısı yaşla əlaqəlidir. Digər yarısı isə dəyişdirilə bilən həyat tərzi faktorları ilə bağlıdır. Yəni bu, təkcə illərin deyil, həm də yaşam tərzinin nəticəsidir.

    Məsələn, yüksək təzyiqli fiziki fəaliyyət – sərt səthlərdə qaçmaq, ağır əşyalar qaldırmaq və ya təkrarlanan hərəkətlər – qığırdağın yavaş-yavaş sıradan çıxmasına səbəb ola bilər.

    Ən önəmlisi isə xroniki, yəni səssiz və davamlı iltihabdır. Fast-food, alkoqol və siqaret kimi zərərli vərdişlər iltihabı artıraraq qığırdaq toxumasının bərpasını zəiflədir və sürətli aşınmaya yol açır.

    40 yaşdan sonra oynaqları necə qorumaq olar?

    “Çoxları düşünür ki, artıq gecdir, amma bu, tamamilə yanlışdır. Hətta 40 və 50 yaşdan sonra belə kiçik dəyişikliklərlə böyük nəticələr əldə etmək mümkündür.”-McDowell deyir.

    Tövsiyə olunan dəyişikliklər bunlardır:

    Bədən çəkisinin normada saxlanılması: Artıq çəki diz və oynaq səthlərinə 3–4 dəfə daha çox yük salır.

    Omega-3 ilə zəngin qidalarla qidalanmaq: Somon balığı, zeytun yağı, qoz kimi məhsullar iltihab əleyhinə təsir göstərir.

    Vitamin C və E kimi antioksidantlar qəbul etmək: Bu vitaminlər qığırdağı oksidləşmə və hüceyrə zədələrindən qoruyur.

    Kalsium və D vitamini ilə zəngin pəhriz: Sümük və oynaq sağlamlığını qoruyur.

    Siqareti tərgitmək və alkoqolu azaltmaq: Bu vərdişlər qan dövranını yaxşılaşdırır, oynaq toxumasının bərpasını sürətləndirir.

    Hərəkət – oynaqların açarıdır

    Yüngül və mütəmadi fiziki aktivlik – məsələn, gəzmək, velosiped sürmək, üzgüçülük – həm oynaqları qoruyur, həm də əzələləri gücləndirir. Güc məşqləri isə oynaqları sabitləşdirir və travmaların qarşısını alır.

    Frontiers in Physiology jurnalında 2021-ci ildə dərc olunmuş bir araşdırma göstərib ki, müntəzəm idman qığırdaq aşınmasını ləngidir, iltihabı azaldır və sümük əriməsinin qarşısını alır. 2019-cu ildə Arthritis & Rheumatology jurnalında dərc olunmuş başqa bir tədqiqat isə müntəzəm hərəkətin romatoid artrit riskini də azalda biləcəyini sübut edib.

    Oynaqları avtomobil təkərinə bənzətmək olar. Əgər hər gün yüzlərlə kilometr sürürsənsə və üstəlik yük daşıyırsansa, təkərlər tez aşınır. Amma əgər maşını qarajda hərəkətsiz saxlayırsansa, hava boşalır, mühərrik sıradan çıxır. Yəni balansı qorumaq lazımdır.
    Əgər dizləriniz və ya digər oynaqlarınızdan çıtıltı səsləri eşidirsinizsə və bu səslərə ağrı, sərtlik və ya narahatlıq da qoşulursa – vaxtında müayinə və sağlam həyat tərzi bu problemi nəzarət altına almağa kömək edə bilər. Unutmayın, oynaqlarınız sizə nəsə deməyə çalışır. Onlara qulaq verin.

    #Maraqlı faktlar #maraqlı #Bunu bilirsinizmi? #oynaqlarda şaqqıltı səsləri #diz ağrısı #artrit əlamətləri #oynaqlarda sərtlik #krepitus nədir #diz oynaq problemləri #oynaqlarda ağrı səbəbləri #romatoid artrit #osteoartrit #oynaqları qorumağın yolları #40 yaşdan sonra sağlamlıq #omega-3 zəngin qidalar #vitamin C və E faydaları #kalsium və D vitamini #iltihab əleyhinə pəhriz
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qədim sivilizasiyaların bilmədiyiniz heyrətamiz sirləri

    2 Fevral 2026 10:23

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Pişiklər niyə bəzi dövrlərdə qorxulu, bəzilərində müqəddəs sayılıb?

    1 Fevral 2026 15:45

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    Ölü dəniz – Yer üzündəki ən uniklal təbii laboratoriya: 16 maraqlı fakt

    10 Noyabr 2025 16:37

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46
    XƏBƏR LENTİ

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.