Bakı. AzerVoice:
Energetika naziri Pərviz Şahbazov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Bu barədə AzerVoice-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti, birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.