Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vətəndaşların müraciətlərinə daha operativ baxılması məqsədilə "8160" nömrəli Çağrı mərkəzi yaradılıb.
AzerVoice xəbər verir ki, mərkəz Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq fəaliyyətə başlayıb.
Yeni yaradılan Çağrı mərkəzi vətəndaşların Komitənin fəaliyyəti ilə bağlı suallarının cavablandırılması, şikayət və təkliflərin qəbulu prosesini sürətləndirəcək. Bu xidmət dövlət orqanı tərəfindən göstərilən xidmətlərin effektivliyinin artırılmasına xidmət edir.
Vətəndaşlar müvafiq məsələlərlə bağlı həm şəhər, həm də mobil telefonlardan birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər. Qeyd edək ki, Çağrı mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.