BAKI, AzerVoice
Heyvanlar da insanlar kimi uzunmüddətli dostluqlar qura bilirlər.
AzerVoice xəbər verir ki, Afrika
sığırcıqları üzərində aparılan 20 illik müşahidə heyvanlar arasında
qarşılıqlı yardım və dostluq əlaqələrinin mövcud olduğunu sübut
edib.
Kolumbiya Universitetindən professor Dastin Rubenşteynin
laboratoriyasında doktorant Aleksis Erlin rəhbərliyi ilə aparılan
tədqiqat nəticəsində məlum olub ki, quşlar yalnız qohumlarını
deyil, qohum olmayan digər fərdləri də dəfələrlə dəstəkləyirlər.
Bu, heyvanlar arasında uzunmüddətli "mehribanlıq borcu" prinsipi
ilə formalaşan sosial münasibətləri ortaya qoyur.
Qeyd edək ki, araşdırma 2002–2021-ci illərdə Şərqi Afrika savannalarında yüzlərlə quşun davranışlarının müşahidəsinə və genetik analizlərinə əsaslanıb. Nəticələr nüfuzlu “Nature” jurnalında dərc olunub.