Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Quş qripi qlobal təhlükəyə çevrilir

    1 İyun 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yeni beynəlxalq hesabatda qeyd olunub ki, quş qripi artıq yalnız heyvan sağlamlığı problemi deyil, həm də ekosistemlər, ərzaq təhlükəsizliyi və beynəlxalq ticarət üçün ciddi təhlükəyə çevrilib. Dünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) hesabatına əsasən, 2024-cü ildə məməlilərdə qeydə alınan quş qripi hallarının sayı əvvəlki illə müqayisədə iki dəfə artaraq 1022-yə çatıb.

    2024-cü ildə 943 ev quşu təsərrüfatında, 1548 vəhşi quşda olmaqla ümumilikdə 2570 yoluxma hadisəsi baş verib. Bu səbəbdən 82,1 milyondan artıq ev quşu məhv edilib. Son 20 il ərzində isə virusun yayılmasının qarşısını almaq məqsədilə 633 milyondan çox qanadlı ya infeksiyaya görə, ya da qabaqlayıcı tədbirlər çərçivəsində tələf edilib.

    WOAH bildirir ki, quş qripi artıq mövsümi və lokal (yerli) problem olmaqdan çıxaraq, 2022-ci ildən etibarən qlobal miqyasda yayılmağa başlayıb. Virus təkcə ev quşlarını deyil, vəhşi quşları və məməli heyvanları da yoluxdurur.

    Xüsusilə ABŞ-da vəziyyət narahatlıq doğurur. Süd inəkləri və toyuqlar arasında yayılan virus nəticəsində 67 nəfər yoluxub, bir nəfər ölüb. Avropada isə insan yoluxması qeydə alınmayıb və heyvanlarda virus aşkarlanmayıb. Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin məlumatına əsasən, ABŞ-da yayılan virus genotipi Avropada mövcud deyil.

    WOAH xəbərdarlıq edir ki, getdikcə daha çox məməli növünün yoluxması virusun əvvəlcə məməlilər arasında, sonra isə insanlara keçmə ehtimalını artırır. Hal-hazırda bu risk aşağı qiymətləndirilsə də, genişmiqyaslı yoluxma ssenarisi istisna edilmir.

    Quş qripinin ekoloji fəsadları artıq kütləvi vəhşi quş ölümlərinə, bioloji müxtəlifliyin azalmasına və ekosistemlərin pozulmasına səbəb olub. Hesabatda göstərilir ki, köç yolları və qida zənciri kimi həyati əhəmiyyətli proseslər də dəyişib.

    Yırtıcı quşlar, su quşları və dəniz quşlarının bir çox koloniyaları tamamilə məhv olub. Bu ekoloji itkilər eyni zamanda beynəlxalq ticarətdə də ciddi pozuntulara yol açıb.

    Məsələn, Braziliya 19 may tarixindən etibarən “Yüksək Patogenlikli Quş Qripi olmayan ölkə” statusunu itirib və nəticədə Avropa İttifaqına quş əti ixracını müvəqqəti dayandırıb.

    WOAH-ın açıqlamasına görə, hazırkı vəziyyət ənənəvi mübarizə üsullarını üstələyir və yeni yanaşmalara ehtiyac var. Sərt biotəhlükəsizlik tədbirləri və müşahidə mexanizmləri qismən faydalı olsa da, vaksinasiya getdikcə daha vacib alətə çevrilir.

    Fransa 2023-cü ilin oktyabr ayında ördəklər üçün ölkə miqyasında vaksinasiya proqramı həyata keçirən ilk Avropa ölkəsi olub. Bu tədbir nəticəsində əvvəlcədən proqnozlaşdırılan 700 yoluxma əvəzinə yalnız 10 hadisə baş verib.

    Bəzi ölkələr artıq quşçuluq təsərrüfatlarında çalışan işçiləri də vaksinlə təmin etməyə başlayıb. Avropa Komissiyası 665 min doza pandemiyadan əvvəl hazırlanan vaksin alıb və qarşıdakı 4 il üçün 40 milyon doza sifariş etməyi planlaşdırır.

    Finlandiya isə insanlara qarşı vaksinasiya kampaniyasını rəsmi şəkildə başlayan və ilk partiyanı alan dünyada ilk ölkə olub.

    #Avropa #ABŞ #quş qripi #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    3 Fevral 2026 17:33

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    3 Fevral 2026 10:23

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    ABŞ təzyiqləri gücləndikcə kubalılar ağır həyat şəraiti ilə üz-üzə qalır

    31 Yanvar 2026 15:42

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    31 Yanvar 2026 10:26
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Corc Vaşinqton yekdilliklə ABŞ-ın ilk prezidenti seçilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    Tarixdə bu gün - 4 fevral

    Seyfülislam Qəddafinin öldürüldüyü iddia olunub

    Türkiyə və Səudiyyə Ərəbistanı 31 maddəlik birgə bəyanat yayıb

    ABŞ İran pilotsuz aparatını vurub

    İran ABŞ-la görüşmələrin İstanbuldan Omana köçürülməsini istəyib - ABŞ KİV

    İran hücum qayıqları ABŞ tankerinə dayanmaq əmri verib

    Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.