Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Döymə xərçəng riskini artırır

    23 Mart 2025 17:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Alimlər, döymə boyasına məruz qalan şəxslərin limfa və dəri xərçənginə tutulma ehtimalının, döyməsi olmayan şəxslərə nisbətən daha yüksək olduğunu müəyyən ediblər.

    Cənubi Danimarka Universiteti ilə Finlandiyanın Helsinkidəki Universitetindən olan alimlər, döymə boyasının bədəndəki təsirini araşdırmaq məqsədilə 5 min 900-ə yaxın ekiz qardaşın sağlamlıq məlumatlarını təhlil ediblər.

    Genetik fərqlilikləri minimuma endirmək üçün ekizlər üzərində aparılan araşdırmaları təhlil edən tədqiqatçılar, döymə etdirən şəxslərin dəri xərçənginə tutulma riskinin, döyməsi olmayanlara nisbətən 1,62 dəfə daha yüksək olduğunu aşkar ediblər.

    Döymə ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni də araşdıran alimlər, "ovuc içindən böyük" döymələri olan şəxslərdə dəri xərçəngi riskinin döyməsi olmayanlara nisbətən 2,37 dəfə, limf xərçəngi riskinin isə 2,73 dəfə yüksək olduğunu müəyyən ediblər.

    Tədqiqatda, döymə boyasının rənginin xərçəng inkişafı ilə birbaşa əlaqəsinin olmadığı qeyd olunub.

    Alimlər, döymə boyasında olan kiçik hissəciklərin qan dövranına daxil olub limfa düyünlərində toplanaraq immun sistemini zorlayıb uzun müddətdə xərçəng riskini artıra biləcəyini bildiriblər.

    Döymə boyasının tək başına bir risk faktoru olub-olmamasını anlamaq üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac olduğunu vurğulayan alimlər, yüksək səviyyəli qurumlara bu mövzuda nəzarəti artırmağa çağırıblar.

    #Xərçəng xəstəliyi #sağlamlıq #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30

    Alimlər kainatın başlanğıcı ilə bağlı yeni model təqdim edib

    5 Oktyabr 2025 12:00

    İnsan sümüklərində mikroplastik izləri aşkarlanıb

    4 Oktyabr 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimində iştirak edib

    Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

    Sudanda humanitar layihə çərçivəsində insanlara yemək paylanılıb

    Pakistanın sabiq kəşfiyyat rəhbərinə 14 il müddətinə həbs cəzası verilib

    Bakı Fond Birjası ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    Özünüməşğulluq üzrə 28 zərf təqdim edilib

    Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması məsələləri müzakirə olunub

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    Aşqabadda Əli Əsədov Sərdar Berdiməhəmmədovla Azərbaycan–Türkmənistan əməkdaşlığını müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.