Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Fələstin

    Gecikmələrə görə İsrail məsuliyyət daşıyır - HƏMAS

    12 Fevral 2025 11:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    HƏMAS Qəzzada İsrail ilə əldə edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasına sadiq qaldığını, ancaq təşkilat Təl-Əviv rəhbərliyinin öz öhdəliklərini yerinə yetirmədiyini və yaranan gecikmələrə görə tam məsuliyyət daşıdığını bəyan edib.

    AzerVoice xəbər verir ki, HƏMAS eyni zamanda ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Qəzzanın yenidən qurulması bəhanəsi ilə fələstinlilərin oradan çıxarılması” ilə bağlı açıqlamalarına sərt reaksiya verib.
    Təşkilat Trampın bəyanatlarını "Fələstin xalqının daimi hüquqlarını inkar etməyə yönəlmiş irqçi və etnik təmizləmə çağırışı" kimi qiymətləndirib.

    Bəyanatda vurğulanıb ki, Fələstin xalqının Qəzzadan köçürülməsi planı baş tutmayacaq və bu cür cəhdlər Fələstin, Ərəb və İslam dünyasının birlikdə göstərdiyi müqavimətlə iflasa uğrayacaq.

    Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 10-da verdiyi açıqlamada fevralın 15-də baş tutmalı olan məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi səbəbindən dayandırıldığını bildirib. HƏMAS əlavə edib ki, bu qərar mübadilədən 5 gün əvvəl elan edilib və vasitəçi ölkələrə İsrailə təzyiq göstərmək üçün imkan yaradılıb.

    İsrailin baş naziri Benyamin Netanyahu isə açıqlamasında HƏMAS-a ultimatum verərək, "HƏMAS şənbə günü günortaya qədər məhbuslarımızı azad etməsə, atəşkəs sona çatacaq və İsrail şiddətli hücumlarını bərpa edəcək. Bu, HƏMAS məğlub olana qədər davam edəcək”, – deyə bildirib.

    #İsrail #Qəzza zolağı #HƏMAS
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    5 Noyabr 2025 16:10

    İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır

    5 Noyabr 2025 15:59

    Qəzzada İsrailin zərbələri nəticəsində bir fələstinli həlak olub

    4 Noyabr 2025 18:05

    Qəzzada 75 min fələstinli BMT binalarına sığınıb

    4 Noyabr 2025 14:29

    Terrorsuz Türkiyə hədəfində fikir ayrılığı yoxdur - Bahçeli

    4 Noyabr 2025 12:41

    İsrail qüvvələri Suriya Qüneytara bölgəsində kəndlərə daxil olub

    4 Noyabr 2025 09:42

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    İsrailin ölüm cəzası qanun layihəsi müharibə cinayətlərinin rəsmi elanıdır - Fələstin

    4 Noyabr 2025 09:15

    İsrailə böyük ordu lazımdır – Netanyahu

    4 Noyabr 2025 00:20

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Qəzzadakı uşaqlar üçün geniş miqyaslı peyvənd kampaniyası başlayır

    3 Noyabr 2025 13:45

    Fələstin maraqlarının irəli aparılması üçün vahid rəhbərlik zəruridir - Qətər

    3 Noyabr 2025 12:20
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev bir qrup elm adamını təltif edib

    “Sdi Teiman” - İsrailin gizli işgəncə laboratoriyası: sağ qalanlar danışır

    Türkiyənin elektrik avadanlıqları ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

    Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya işgüzar səfərə gedib

    Azərbaycan və Rumıniya milli xəbər agentlikləri arasında əməkdaşlıq müzakirə olunub

    Ankara Sosial Elmlər Universitetində partlayış baş verib

    Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində keçiriləcək

    Türkiyənin avtomobil ixracı 34 milyard dolları keçib (ÖZƏL)

    Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.