BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 787 milyon 276 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 9 milyard 522 milyon 271 min dollar məbləğində tekstil ixrac edib.