BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz azalaraq, 1 milyon 117 min 72 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz azalaraq, 9 milyon 634 min 73 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 128 milyon 988 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 1 milyard 474 milyon 272 min dollar məbləğində dəri ixrac edib.