Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Mançester Yunayteddə böhran - Ruben Amorim üçün son şans

    4 Oktyabr 2025 13:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Mançester Yunaytedin baş məşqçisi Ruben Amorim komandadakı gələcəyini müəyyənləşdirəcək həlledici mərhələyə daxil olub.

    AzerVoicexəbər verir ki, İngiltərə mətbuatının məlumatına görə, klub rəhbərlərindən Cim Ratkliff portuqaliyalı mütəxəssisi hələlik dəstəkləsə də, nəticələrin dərhal yaxşılaşmaması halında rəhbərlik dəyişiklik qərarı verə bilər.

    Premyer Liqada ilk altı turdan sonra Yunayted cəmi iki qələbə qazanaraq 14-cü pillədə qərarlaşıb, Liqa Kubokunda isə dördüncü liqa təmsilçisi “Qrimsbi”yə məğlubiyyətlə mübarizədən kənar qalıb. Komanda son turda “Brentford” qarşısında yenidən ağır itki yaşayıb ki, bu da həm azarkeşlər, həm də klubun daxilində narazılığı daha da artırıb.

    “Old Trafford”da keçiriləcək Sanderlendlə oyun Amorim üçün həlledici olacaq. Premyer Liqaya yeni yüksəlmiş “Qara pişiklər” hazırda əla formada çıxış edir və altıncı pillədə qərarlaşıb. Onların Mançester klubu üzərində qələbəsi xal fərqini yeddiye çatdıra bilər ki, bu da Amorimin istefasını qaçılmaz edə bilər.

    Amorim mediada və azarkeşlər arasında artan təzyiqlərə baxmayaraq, taktikasına sadiq qalır:
    "Məni ən çox narahat edən odur ki, futbolçularım kənardakı fikirlərə qulaq asır. Amma mən sistemin deyil, oyunun intensivliyi və diqqətin fərq yaratdığına inanıram. Qələbə qazansaq, hər şey qaydasında olur, məğlub olsaq isə hər şey sual altına düşür."

    Lakin klub daxilindən yayılan məlumatlara görə, bir çox futbolçu artıq portuqaliyalı mütəxəssisin rəhbərliyinə inamını itirməyə başlayıb. Komandanın kapitanı Bruno Fernandes də mövsümün startında açıq şəkildə narazı görüntü sərgiləyib.

    Ruben Amorim-in istefası klub tarixində Ser Aleks Ferqyusonun gedişindən sonra altıncı baş məşqçi dəyişikliyi olacaq. Onunla yolların ayrılması təxminən 12 milyon funt sterlinqə başa gələcək ki, bu da son on ildə məşqçi dəyişikliklərinə sərf edilən böyük vəsaitlərə yeni bir yük əlavə edəcək.

    Sanderlendlə oyundan sonra isə Yunayted daha çətin sınağa çıxacaq – beynəlxalq fasilədən dərhal sonra əzəli rəqib “Liverpul”la qarşıdurma. Bu səbəbdən Amorim üçün vəzifə sadə, lakin çətin görünür: qalib gəlmək və mütləq nəticə əldə etmək.

    #İngiltərə #Portuqaliya #Mançester Yunayted #İngiltərə Premyer Liqası #Cim Ratklif #Ruben Amorim
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mançester Siti 62,5 milyon avroluq transferi rəsmiləşdirdi

    9 Yanvar 2026 13:19

    "Brayton"la matç Haaland üçün əlamətdar olub

    8 Yanvar 2026 12:00

    "Mançester Siti"nin müdafiəçisi əməliyyat olunacaq

    6 Yanvar 2026 10:11

    Çelsi Vinisiusu heyətinə qatmaq istəyir

    6 Yanvar 2026 10:04

    Mançester Yunayted Ruben Amorimi baş məşqçi postundan azad etdi

    5 Yanvar 2026 15:19

    Husanov Asiyanın ən yaxşı gənc futbolçusu seçildi

    5 Yanvar 2026 12:11

    "Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər

    4 Yanvar 2026 11:50

    "Arsenal" qələbə qazanaraq liderliyini davam etdirir

    4 Yanvar 2026 10:50

    "Mançester Yunayted" "Aston Villa"ya uduzub - İngiltərə Premyer Liqası

    21 Dekabr 2025 22:42

    “Mançester Yunayted” Kenan Yıldızın transferində qərarlıdır

    20 Dekabr 2025 13:02

    "Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

    20 Dekabr 2025 09:23

    Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

    16 Dekabr 2025 11:57
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

    İstanbul Universiteti haqqında nə bilirik?

    Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

    Keçən il Adnan Menderes hava limanında sərnişindaşıma 12 milyon nəfəri keçib (ÖZƏL)

    “Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

    BƏƏ terrorla mübarizədə oyunun qaydalarını necə dəyişir?

    Keçən il Türkiyədə 676 mindən çox qəza baş verib (ÖZƏL)

    BƏƏ-də müsəlmanlar 2030-cu ildə Ramazanı iki dəfə oruc tutacaq – səbəb nədir?

    Yuxuda yağış: xeyir, bolluq, yoxsa xəbərdarlıq?

    Vaşinqtona sərt müxalif mövqeyi ilə tanınan Venesuela daxili işlər naziri kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.