BAKI, AzerVoice, Nailə Babazadə
Bu ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard 669 milyon dollar olub.
Bu barədə AzerVoice -a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin avqust ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq 21 milyard 729 milyon dollar, idxalı isə 3,9 faiz azalaraq 25 milyon 940 min dollar olub.
“Bu ilin yanvar – avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 416 milyard 339 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-avqust ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 178 milyard 18 milyon dollara, idxalı isə 5,6 faiz artaraq 238 milyard 159 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.