BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz dəyişərək, 5 milyard 850 milyon 258 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 687 milyon 310 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 7 milyard 917 milyon 506 min dollar məbləğində mebel ixrac edib.