BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 5 milyard 512 milyon 669 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 777 milyon 528 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 9 milyard 590 milyon 197 min dollar məbləğində tekstil ixrac edib.