Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    BAEA nümayəndə heyəti İranda nüvə obyektlərinə giriş əldə etməyəcək – Rəsmi

    4 Avqust 2025 18:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri yaxın günlərdə İrana edəcəkləri səfər zamanı ölkənin nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər.

    AzerVoice xəbər verir ki, bu barədə İran Parlamentinin (Məclis) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi məlumat verib.

    O bildirib ki, Məclis tərəfindən qəbul edilmiş qanunlara əsasən, BAEA nümayəndələrinə və digər xarici inspektorlara İranın nüvə obyektlərinə heç bir halda fiziki giriş icazəsi verilməyəcək. Əzizi əlavə edib ki, agentlik nümayəndələri yalnız İran rəsmiləri ilə texniki məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

    Qeyd edək ki, avqustun 4-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai BAEA nümayəndə heyətinin 10 gün ərzində İrana səfər edəcəyini açıqlamışdı.

    Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir sutkadan az müddət sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə gərginliyin artmasından doqquz gün sonra münaqişəyə qoşularaq Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə zərbələr endirib. İyun ayının 23-ü axşam saatlarında İran Qətərdə yerləşən, ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası olan Əl-Udeydə hücum edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs rejimi elan etməyə razılıq verdiyini bildirib. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

    İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin BAEA tərəfindən pislənməməsi ölkə daxilində sərt tənqidlərə səbəb olub və agentlik rəhbərliyi fəaliyyətini siyasiləşdirməkdə ittiham edilib. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. İyulun 22-də isə İran xarici işlər naziri Abbas Əraqçi gələcəkdə agentlik inspektorlarının ölkəyə qayıtma ehtimalını istisna etmədiyini bəyan edib.

    #İsrail #İran #İran XİN #SEPAH #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İran ballistik raketləri #İran raket proqramı #İsrail və İran gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #Donald Trampın İsrail–İran atəşkəsini elan etməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    16 Fevral 2026 10:07

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.