Əsas səhifə » Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 9 milyard dolları keçib (ÖZƏL)

Türkiyənin Avropa Birliyi ölkələrinə ixracı 9 milyard dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin aprel ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 14,7 faiz artaraq 9 milyard 166 milyon 81 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – aprel ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 6,5 faiz artaraq, 37 milyard 431 milyon 678 min dollar olub.

“Bu ilin aprel ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 10 milyard 868 milyon 880 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – aprel aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 37 milyard 7 milyon 90 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 694 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin aprel ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,8 faiz artaraq 20 milyard 801 milyon dollar, idxalı isə 12,7 faiz artaraq 32 milyon 893 min dollar olub.

“Bu ilin yanvar – aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 153 milyard 134 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 86 milyard 113 milyon dollara, idxalı isə 6,6 faiz artaraq 120 milyard 699 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Digər Kateqoriyalar

2025 © Azervoice