32
BAKI, AzerVoice
2025-ci ilin yanvar-may aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 4 milyard 47 milyon 16 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 854 milyon 319 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 9 milyard 567 milyon 134 min dollar məbləğində tekstil ixrac edib.