Əsas səhifə » Türkiyənin mebel ixracı 3 milyard dolları keçib (ÖZƏL)

Türkiyənin mebel ixracı 3 milyard dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice