33
BAKI, AzerVoice
2025-ci ilin yanvar-may aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 627 milyon 319 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 124 milyon 389 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 1 milyard 503 milyon 491 min dollar məbləğində dəri ixrac edib.