BAKI, AzerVoice
2025-ci ilin aprel ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq 3 milyard 253 milyon 735 min dollar olub.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – aprel ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4 faiz artaraq, 12 milyard 933 milyon 574 min dollar olub.
“Bu ilin aprel ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 5 milyard 53 milyon 617 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – aprel aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 20 milyard 222 milyon 109 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 694 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin aprel ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,8 faiz artaraq 20 milyard 801 milyon dollar, idxalı isə 12,7 faiz artaraq 32 milyon 893 min dollar olub.
“Bu ilin yanvar – aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 153 milyard 134 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 86 milyard 113 milyon dollara, idxalı isə 6,6 faiz artaraq 120 milyard 699 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.