BAKI,AzerVoice
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
AZ: Cəbrayıl mina partlayışı, Mehdili kəndi mina hadisəsi, ANAMA xəbərləri, Qarabağda mina təhlükəsi TR: Cebrayıl mayın patlaması, Karabağ mayın temizleme çalışmaları EN: landmine explosion in Jabrayil, humanitarian demining Azerbaijan RU: подрыв мины в Джебраиле, разминирование Карабаха
Cəbrayıl Mehdili kəndində mina hadisəsi nə vaxt baş verib; Qarabağda humanitar minatəmizləmə zamanı xəsarət alanlar; ANAMA mina partlayışı açıqlaması; işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi
