Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya ordusu Hələbdə PKK/YPG mövqelərini qanuni hədəf elan edib

    7 Yanvar 2026 15:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Suriya ordusu ölkədə Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatına məxsus Hələb şəhərindəki Şeyx Maksud və Əşrəfiyyə məhəllələrində yerləşən bütün mövqelərin qanuni hədəf elan edildiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu qərar PKK/YPG-nin Hələb şəhərinin müxtəlif məhəllələrinə və mülki əhaliyə qarşı çoxsaylı hücumlar həyata keçirməsi səbəbilə qəbul edilib.

    Əməliyyatlar Komandanlığı Şeyx Maksud və Əşrəfiyyə məhəllələrində yaşayan mülki şəxslərə PKK/YPG-yə aid mövqelərdən dərhal uzaq durmaq çağırışı edib. Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bölgədə iki humanitar təhlükəsiz keçid dəhlizinin açıldığı bildirilib.

    Açıqlamaya əsasən, “Əvarid–Zuhur prospekti keçidi” saat 15:00-dək açıq olacaq.

    Qeyd edək ki,yanvarın 6-da Hələb şəhər mərkəzində PKK/YPG tərəfindən həyata keçirilən hücumlar nəticəsində 1 hərbçi və 5 mülki şəxs həlak olub, 31 nəfər yaralanıb.

    Bundan sonra Suriya ordusu PKK/YPG ilə təmas xətlərinə onlarla tank, zirehli personal daşıyıcısı və əlavə hərbi qüvvələr göndərib.

    Davam edən toqquşmalar səbəbilə şəhər mərkəzində dövlət qurumlarının fəaliyyəti dayandırılıb, məktəblərdə və universitetlərdə tədrisə fasilə verilib. Eyni zamanda Hələb Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

    PKK/YPG terror təşkilatı həmin gün axşam saatlarında Süryani məhəlləsində yerləşən bir məktəb və xəstəxananı da hədəf alıb.

    #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya Hazırlıq Komitəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #SDQ (Suriya Demokratik Qüvvələri) #SDQ inteqrasiyası #SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.