BAKI,AzerVoice
Rifailik, Seyid Əhməd ər-Rifai (vəfatı 578/1182) tərəfindən qurulan bir təriqətdir. Bəzi mənbələrə görə təriqət təsisçisi Əhməd Rifai hicri 500-cü ildə Bəsrənin Bataih nahiyəsinin Ummu Ubeydə kəndində anadan olmuşdur. Bəzi mənbələr onun Hicri 512-ci ildə Bəsrənin Hənan kəndində doğulduğunu nəql edirlər. Əhməd Rifai gənc yaşlarında İslam elmləri üzrə ixtisaslaşmışdır.İyirmi yeddi yaşında insanların mənəvi cəhətdən yetkinləşməsinə kömək etmək üçün cəmiyyətə rəhbərlik etməyə başladı. Rifailər Allaha çatmağın qəlbin paklığı ilə mümükün olduğunu iddia edir və doqquz mərhələdən ibarət zikr proqramı həyata keçirirdilər. Onların adətlərindən biri də dairəvi oturub dəf çalmaqdır. İlin müəyyən vaxtlarında bədənlərinə şiş soxmaq, isti dəmir yalamaq kimi hərəkətlər etsələr də, bu davranışların rifaizmə sonradan daxil olduğu bildirilir. İslam bu davranışları bəyənmir
BAKI,AzerVoice
Rifailik, Təsəvvüf (Sufi) əhli Seyid Əhməd ər-Rifai (vəfatı 578/1182) tərəfindən qurulan bir təriqətdir. Bəzi mənbələrə görə, təriqət təsisçisi Əhməd Rifai hicri 500-cü ildə Bəsrənin Bataih nahiyəsinin Ümmü Ubeydə kəndində anadan olmuşdur. Bəzi mənbələr onun Hicri 512-ci ildə Bəsrənin Hənan kəndində doğulduğunu nəql edirlər. Əhməd Rifai gənc yaşlarında İslam elmləri üzrə ixtisaslaşmışdır.İyirmi yeddi yaşında insanların mənəvi cəhətdən yetkinləşməsinə kömək etmək üçün cəmiyyətə rəhbərlik etməyə başladı. Rifailər Allaha çatmağın qəlbin paklığı ilə mümkün olduğunu iddia edir və doqquz mərhələdən ibarət zikr proqramı həyata keçirirlər. Onların adətlərindən biri də dairəvi oturub dəf çalmaq, səma çəkməkdir. İlin müəyyən vaxtlarında bədənlərinə şiş soxmaq, isti dəmir yalamaq kimi hərəkətlər etsələr də, bu davranışların rifaizmə sonradan daxil olduğu bildirilir. İslam bu davranışları bəyənmir.