Əsas səhifə » BƏƏ-də may ayı üçün rekord temperatur qeydə alınıb

BƏƏ-də may ayı üçün rekord temperatur qeydə alınıb

BAKI, AzerVoice

BƏƏ-də hava temperaturu ardıcıl ikinci gündür ki, may ayı üçün qeydə alınmış rekord həddə çatır.

AzerVoice xəbər verir ki, bu barədə BƏƏ Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, dünən ölkənin şərqində yerləşən Svayxan bölgəsində temperatur 51,6 dərəcə Selsiyə yüksəlib. Ondan əvvəlki gün isə Əbu-Dabidə may ayı üçün rekord olan 50,4 dərəcə qeydə alınmışdı.

“Mayın 24-də qeydə alınan ən yüksək temperatur yerli vaxtla saat 13:45-də Svayxanda 51,6 dərəcə Selsiyə çatıb” – deyə qurum X sosial səşəkəsində yazıb.

Qeyd olunur ki, bu göstərici 2010-cu ildə Əl-Yasat adasında qeydə alınmış BƏƏ tarixinin mütləq temperatur rekordundan cəmi 0,4 dərəcə aşağıdır.

Qeyd edək ki, bu il regionda ekstremal istilər həmişəkindən daha tez başlayıb. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, apreldə orta maksimal temperatur rekord səviyyəyə – 42,6 dərəcəyə çatıb. Bu səbəbdən BƏƏ hakimiyyəti sağlamlıq riskləri ilə bağlı əhaliyə xəbərdarlıq edib və günorta saatlarında açıq havada fiziki fəaliyyətdən uzaq durmağa çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice